vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
18:41 | 20 may 2017 | Şənbə Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fransada oğurluq halları baş alıb gedir»

«Xaricdəki tələbəmiz»: «Hər yerdə çox ehtiyatlı olmaq lazım imiş»

Ülviyyə ALIXANOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Modern.az saytı xaricdə təhsil alan azərbaycanlı tələbələrlə silsilə müsahibələrə davam edir. «Xaricdəki tələbəmiz» rubrikasının budəfəki müsahibi Avropa Birliyinin proqramlarımdan biri - CIFE yay proqramının məzunu olan Nuranə Məmmədovadır.


- Hansı səbələrdən Fransada təhsil almaq qərarına gəldiniz?

- Uzun müddətli tədqiqatdan sonra əmin oldum ki, Fransa Avropada ən keyfiyyətli təhsillərdən birini təmin edir. Lakin başlıca səbəbim, yeni dil öyrənmək idi. Ən sevdiyim dillərdən biri fransız dili olduğu üçün bu ölkədə təhsil məni həmişə cəlb edib. Eyni zamanda, yerli mədəniyyət və oxuduğum şəhərin füsunkarlığı marağıma böyük təkan vermişdi.


- Fransada magistr təhsili almaq üçün əsas göstəricilər necə olmalıdır?

- Təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bir neçə amil var:

Akademik nailiyyətlər yüksək olmalıdır, bura tək fənnlər üzrə qiymətlər deyil, həm də hansısa akademik mükafatlar və sairə  daxildir. Əlbəttə, bu olmaya da bilər.  Olduğu zaman isə ərizəçinin şansı daha da artır. Mən oxuduğum proqramda GPA tələbi 3.5 idi.


- İELTS balı minimum adətən 6.5 olur. Lakin ingilis dilli ölkələrdən çox tələbə üz tutduğuna görə Fransaya İELTS balı nə qədər yüksək olsa, o qədərdə qəbul olmaq ehtimalı çoxdur. Uyğun olaraq, fransızca təhsil almaq istəyən tələbələrə İELTS şamil olunmur. Çünki onlar fransız dil biliyini təsdiq edən başqa imtahan verirlər.

- Zəngin sosial fəaliyyətin köməyi danılmazdır.


- İş təcrübəsi. Bura həmdə təcrübə proqramları da aiddir. Hətta bir çox magistr proqramlarında da 1-2 il iş təcrübəsi tələbdir.

- Və əlbəttə ki, keyfiyyətli və səmimi motivasiya və ya hədəf məktubu. Burada ərizəçinin gördüyü işləri və liderlik qabiliyyətini qabartmaq lazımdır.


- Fransada təhsil üçün müsahibə necə olur? Tələbələr daha çox nələrə fikir verməli və hazırlaşmalıdırlar?

- Mən seçiləndə əvvəlcə müsahibənin olacağı ehtimal olunsa da, sonra isə buna ehtiyacın olmadığını dedilər. Yalnız qeyd edə bilərəm ki, danışıqda akademik sözlərdən istifadə etmək labüddür. Lokanik və aydın danışıq, əvvəlcədən məqsədlərin müəyyən olunması uğurla müsahibədən keçməyi təmin edər. Adətən ən çox verilən 3 sullar bunlar olur:

- Niyə məhz sizi seçməliyik?

- Təhsilinizi bitirdinkdən sonra cəmiyyətinizin inkişafına necə töhfə verəcəksiniz?

- Yaxın 5 ildə özünüzü harda görürsünüz?

 

– Fransa və Azərbaycandakı təhsil sistemi arasındakı ən əsas fərqlər nələrdir?

- Azərbaycandakı təhsil sistemindən fərqli olaraq, Fransa təhsil sitemində dərslərə tam mühazirə deyil, tələbə ilə dialoq formatında keçirilir. Bu da tələbəyə imkan verir ki, o öz fikirini bildirsin,  ən əsası da hansısa bir alimin fikri ilə razılaşmamaq hüququ da verir. Daha qısa desək, gələcək kadrlarda kritik düçüncə tərzini inkişaf etdirirlər. Əlbəttə, bu cür format dəqiq fənlərə şamil olunmur.

Tələbə əvvləcədən bilir hansı yazı işlərini və ya kiçik tədqiqat işlərini nə zaman və kimə göndərməlidir. Yəni akademik ilin ilk təhsil günündə tələbələrə illik kurrikulum paylanılır, hansı ki lazımı bütün məlumatlar orada əks olunub.

Və nəhayət imtahanlar hər cür formatda həyata keçirilir, həm şifahi, həm yazılı, həm də test. Lakin bu test fərqli formada olur, burada yalnız düzgün variantlar qeyd olunmur, həm də seçilən cavabın izahı, yəni bu cavabı nə üçün seçmisiniz. Bu sistem əzbərçiliyi aradan qaldırır.

Və ən əsası, sual vermək... çoxlu sual verildiyi halda müəllimlər sevinirlər və bu halı elə qiymətləndirirlər ki, bu tələbə mənə qulaq asır. Hətta sonda çoxlu sual verən tələbələrin balları daha yüksək olur. Bu, deyərdim Azərbaycanda gördüyüm sistemin tam əksi idi. Biz Azərbaycan auditoriyasında adətən çox sual verə bilmirik. Düzdür, müəllimlər həmişə bütün suallara cavab verə bilmirdilər və açıq şəkildə bildirirdilər ki, bu sualın cavabı haqda fikirləşməyib, tələbələr bunu adi qarşılasalar da, mən bu cür halla ilk dəfə idi ki, rastlaşırdım. Çünki Azərbaycanda müəllimlərimizin bütün suallara cavabları olur, doğru və ya səhv olmasından asılı olmayaraq.


- Bu ölkədə xarici tələbələrə münasibət necədir?

- Fransada müəllimlərin mülayim olduqalarını hiss etmək olur. Tələbə ilə konfliktə can atmırlar və tələbələr yaşadığı hər hansı problem və ya çətinliklə qarşılaşdığı zaman yaxınlaşıb bildirməkdən çəkinmirlər.


- Bizə bu ölkədəki xərclərdən danışın. Təqaüdünüz maddi ehtiyaclarınızı ödəyə bilirdimi?

- Ala biləcəyim ən yüksək təqaüdü udmuşdum. Qrupumuzda 24 fərqli ölkədən 28 tələbə təhsil alırdı və onlardan yalnız 3-4-ü mənim kimi təqaüdə layiq görülmüşdülər. Verilən təqaüd 7 min avro idi, bu, 10 aylıq intensiv magistr proqramınə əhatə edirdi. Digər 2500 avro isə təqaüdçü tərəfindən ödənilirdi. Bundan əlavə də aviabilet, viza və siğorta xərclərini tələbə özü qarşılayırdı. Həmçinin, təqaüdə aylıq qalmaq, 300 avro yemək xərci  və yol  xərcləri də daxil idi. Proqram çərçivəsində Avropa Birliyinin bütün müəssisələrinə və Avropadakı NATO institutlarına səyahət təşkil olunmuşdu.


- Tələbələrin işləmək imkanı varmı? Varsa, harada və necə?

- Mən təhsilimi davam etmədən öncə işləyirdim və təhsil vaxtı da davam etdim. Bir az çətin olsa da, vaxt baxımından bu mükündür. Mən kolleqam tərəfindən böyük dəstək alırdım. Dərslər hər gün saat 9-dan axşam 5-6-ya kimi davam edirdi. Bəzən həftəiçi istirahət günü verirdilər. İşim onlayn olduğu üçün əsasən şənbə-bazar bütün vaxtımı işə həsr etməyə çalışırdım.


- Məzun olduqdan sonra universitet iş tapmaqda tələbələrə kömək edirmi?

- Xeyr, adətən universitetlər bu cür servis göstərmirlər. Lakin bu proqram məzunlarının əksəriyyəti Avropa Biriliyinin əsas intitutlarında çalışdıqları üçün proqramın rəhbərliyi bizi o məzunlarla əlaqələndirirdi.


- Fransa sizdə nələri dəyişdi? Bu ölkənin fərqliliyi və qəribəlikləri haqqında nə deyə bilərsiniz?

- Oradakı maraqlı adətləri öyrəndim. Fransızlar mədəni və diqqətli insanlardırlar. İlk dəfə gördükləri insanlara belə, salam verirlər. Ailəmdən bir müddət uzaq qaldığım üçün, özümü daha böyümüş hiss elədim. Bütün çətinliklərimin öhdəsindən təkbaşına gəlməli olduğumu anladım. Və bu məni daha da güclü etdi. Fransadan vacib həyat dərsi aldım. Hər yerdə çox ehtiyatlı olmaq lazım imiş. Çünki Fransa təhlükəli yerdir. Oradakı polislər çox bərbad çalışırlar, bu səbəbdən oğurluq və sairə kimi xoşagəlməz hadisələr baş alıb gedir. İtən və ya oğurlanan heç bir əşya geri gayıtmır və bununla barışmaq lazım idi. Qrup yoldaşlarımın başına bu cür hadisələr çox gəlmişdi.


- Sonda əlavə etmək istədikləriniz…

- Tələbələrimiz harada təhsil almaqlarından asılı olmayaraq çalışsınlar həmin universitetin məzunlarıyla əlaqə saxlayıb, dərsin keyfiyyəti haqqında məlumat alsınlar, lakin unutmayın, əsas hər şey sizin özünüzdən asılıdır.

Və ən əsası vaxtınızı dəyələndirin. Həm təhsilə, həm də asudə vaxta zaman ayırın. Nə qədər böyük çətinlikləriniz olsa da, siz tələbəlik illəriniz üçün gələcəkdə darıxa bilərsiniz. Ona görə təhsilinizin tez bitməsini arzulamayın, hər anı qiymətləndirin.