vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
16:00 | 2 iyun 2017 | Cümə Məqaləyə 1974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanın növbəti qələbəsidir»

Qriqoryan: «Ən təhlükəli məqam erməni diplomatiyasının fərasətsizliyidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Ermənistana daha bir zərbə vurub. Mayın 10-13-də BMT yanında Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə 105-ci iclası keçirilib.

İclasda Ermənistan qondarma «DQR»i təşkilatın üzvü etmək istəyi ilə çıxış edib. Azərbaycan tərəfinin etirazlarından sonra ÜTT ermənilərin istəyini rədd edib.

«Bu Azərbaycanın beynəlxalq müstəvidə Ermənistan üzərindəki növbəti qələbəsidir».

Bu sözləri Ermənistanın «Aravot» qəzeti yazıb. Məqalənin müəllifi Nelli Qriqoryan qeyd edib ki, Bakı İrəvanın təşəbbüslərinin qarşısını kəsdi və Ermənistanı növbəti dəfə təcrid etdi.

«Bundan əvvəl ATƏT-in İrəvan ofisi Bakının tələbi ilə bağlandı. İndi də bu, baş verdi. Burada ən təhlükəli məqam erməni diplomatiyasının fərasətsizliyidir», - deyə erməni jurnalist vurğulayıb.

N.Qriqoryan «hətta Ermənistan Qarabağla bağlı hansısa məsələni Günəş sistemində qaldırsa belə, Azərbaycan bunun qarşısını kəsəcək», deyə məcazi mənada qeyd edib.

«Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı», - deyə o diqqətə çatdırıb.