6 aya 33050 nəfər artım
Bu gedişlə 3 ilə 10 milyonu keçə bilərik
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Getsinlər qonşu Gürcüstana baxsınlar”
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
-
Daha çox ərzaq bahalaşıb
Azərbaycanda inflyasiyanın həddi açıqlandı
-
Trafik canavarı “zirvə”də - 342
Ən çox zərərçəkənlər kişilərdir
-
2 aya 10 milyona çatacaq
DSK sədri belə deyir
-
Qaz hasilatında sıçrayış
26,4 faiz, yaxud ...
-
Ötən il nə qədər meyvə yığılıb?
Meşə təsərrüfatının illik statistikası açıqlandı
-
Bakı əhalisinin sayı ...
Rəsmi statistika yayıldı
-
Boşanmalarla bağlı dəhşətli statistika
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
-
Ərəblər artıb, iranlılar azalıb
Azərbaycana gələn əcnəbilərin maraqlı statistikası
-
Dövlət büdcəsi kəsri 700 milyon manatı ötüb
Əhali isə bu il banklara bu məbləğdən bir qədər artıq məbləğdə faiz ödəyib
-
Orta aylıq əmək haqqında artım varmış
Muzdla çalışan işçilərin maaşındakı fərq 6 faizmiş
-
Nəhs infilyasiya
İllik qiymət bahalaşması açıqlandı
-
Əcnəbi tələbə 3370 nəfərə çatıb
Azərbaycanda təhsil alan xaricilərin sayı artır
-
«Hökumət bahalaşma ilə ciddi mübarizəyə başlamalıdır»
Millət vəkili: «Qiymət artımları ilə bağlı analiz aparılmalı, səbəblər müəyyənləşdirilməli və tədbirlər görülməlidir»
-
Azərbaycan qadınları daha uzunömürlüdür?
100-ü keçən ağbirçəklərin sayı ağsaqqallardan 6 dəfə çoxdur
-
Boşanmaların ən çox baş verdiyi rayonlar...
Ayrılmalar nikahların sayının 24,5 faizini təşkil edir
2017-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 050 nəfər və ya 0,3 faiz artaraq iyun ayının 1-i vəziyyətinə 9 843 031 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58 217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.
Cari ilin yanvar-may ayları ərzində ölkədə 25 638 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,4 təşkil edib.
2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 044 nikah və 6 207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1 078 nəfər Azərbaycana gələn, 607 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 471 nəfər təşkil edib.