vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
00:17 | 28 iyul 2022 | Cümə axşamı Məqaləyə 3935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Getsinlər qonşu Gürcüstana baxsınlar”

Hotellərin gəliri də artıb, müştəriləri də, amma…

MÖVZU İLƏ ƏLAQƏLİ

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycandakı mehmanxanaların qonaqları artıb. Ölkədə mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1027,0 minə çatıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sırf xarici şəxslərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub. Bu da ümumi gecələmələrin 49 faizini təşkil edir.

Hesabat dövründə onların gəlirləri də 2021-ci ilin analoji dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147 milyon manat olub.

***

Bəzi vətəndaşlar isə şikayət edirlər ki, Azərbaycanda hotel xidmətlərin qiyməti digər qonşu ölkələrdən daha bahadır.

“Getsinlər qonşu Gürcüstana baxsınlar, özləri müqayisə aparsınlar”, - deyə bir Bakı sakini vurğulayıb.

Hazırda ölkənin bölgələrində yay mövsümü üçün xidmətlərini təklif edən 5 ulduzlu kimi qeyd olunan hotellərin qiyməti bir günə görə 150-250 manat arası dəyişir.

***

Azərbaycan Turizm Assosiasiyasından da “Turan” İnformasiya Agentliyinə bildirilib ki, yay mövsümündə tələb çox olur, amma turistik bölgədə hotel az olduğundan dincəlməyə gedən şəxslərin seçimi o qədər də geniş deyil:

“Bu, bəzən qiymətin süni şəkildə artımına səbəb ola bilir. Sahibkarlara bunun yolverilməz olduğu izah edilir. Çünki bu, həm xarici turistləri qaçırdır, həm yerli turistlərin cibinə ziyandır, həm də bazar rəqabətinə uyğun gəlmir. Bölgələrdə hotellərin sayı nə qədər çox olarsa, qiymətlər də o qədər tənzimlənər”.

Qurumdan qeyd olunub ki, hotellərin qiymətinə müdaxilə etmək mümkün deyil:

“Biz daim monitorinqlər aparırıq, amma sahibkarlara sadəcə tövsiyə xarakterli söhbətlər edirik ki, həm keyfiyyətə, həm qiymətlərə, həm də keyfiyyətin qiymətlərinə uyğun olmasına nəzarət etsinlər”.

Mövzu ilə bağlı mehmanxana rəhbərlərindən açıq münasibət almaq cəhdləri isə nəticə verməyib. Amma onlardan bəziləri müsahibədən kənar söhbətlərdə qiymətlərin şəraitlə müqayisədə yüksək olması ilə bağlı fikirlərlə razılaşmayıblar.