vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
10:50 | 19 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 2355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaz hasilatında sıçrayış

26,4 faiz, yaxud ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın qaz hasilatı isə 26,4 faiz artıb. 2019-cu ilin Yanvar ayında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin yanvar ayına nisbətən 2,3 faiz artıb.

Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 3,3 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 2,0 milyard kub metr təşkil etmişdir. Neft hasilatı 0,8 faiz azalmış, qaz hasilatı isə 26,4 faiz artmışdır.

Ötən ay ölkədə 3 062,1 milyon kubmetr həcmində təbii qaz hasil edilib ki, bunun da 1 992,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Yanvar ayında qaz hasilatının həcmi 23,1 faiz, əmtəəlik qaz hasilatının həcmi 26,4 faiz artıb.

Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 333,7 min ton həcmində xam neft hasil edilib. Bu həcmin 3 329,9 min tonu əmtəəlik xam neft olub. Bu ilin yanvar ayında neft hasilatı ötən ilin yanvar ayı ilə müqayisədə 0,8 faiz azalıb.