vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
17:33 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 3600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət büdcəsi kəsri 700 milyon manatı ötüb

Əhali isə bu il banklara bu məbləğdən bir qədər artıq məbləğdə faiz ödəyib

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 749,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi (DSK) xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.

Son 1 ildə büdcənin xərcləri isə 11 faiz artaraq 15 463,1 milyon manata çatıb. Son nəticədə büdcə kəsri 713,8 milyon manat olub ki, bu da illik müqayisədə 25,8 faiz azdır. Kəsrin Ümumi Daxil Məhsula (ÜDM) nisbəti isə 1,8 faizdən 1,1 faizə düşüb.

 

***

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 43 389,9 milyon manata çatıb.

DSK xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4 459,1 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 84,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi (781 milyon manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9 faizi isə yığıma yönəldilib.

 

***

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 63 071,3 milyon manat və yaxud əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ÜDM istehsal edilib.

DSK xəbər verir ki, ÜDM-in 40,1 faizi sənayenin, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft bölməsində isə 5,1 faiz azalıb.