Mollalardan imtina edilir
Qəbiristanlıqlarda ölülərə «Youtube»dan Quran oxudurlar
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İki molla ölümcül döyülüb
İranda ruhanilərə qarşı hücumlar çoxalıb
-
Qəbiristanlıqda “bazar”
Bakıda yolu kəsib satılıq qəbir yeri hazırlayırlar
-
Bütün bunları niyə edirik?
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
-
«Quranda qadınlara sinələrini örtmək buyurulur»
Hicabın qadağasını dəstəkləyən müsəlman qadının yazdıqları
-
«Trollar»ın 27 yaşlı azərbaycanlı başçısı
Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib
-
Pivə içən molla fotosunun müzakirəsi bitmir
QMİ onu təxribatçı hesab edir
-
Farslarin əlindəki çəkic
Molla rejimi «Şiə» təriqıtindən başqa millətləri əzmək üçün istifadə edir
-
Təxribatçının inancı olmur
Məqsədi isə həmişə birdir - XAOS
-
Tanrının ən böyük hədiyyəsi şüurdur
Qadağalar edən dinin islahata ehtiyacı var
-
Molla rejiminin təzyiqinin nəticəsi
İranda qadın çadrasını ataraq şəhərdə çılpaq gəzdi
-
Mollalar da lisenziya almalı olacaq
«Ehsanın hansı səviyyədə verilməsi normativ sənədlərlə tənzimlənə bilər»
-
«Bakıda şortikli qızın aqibəti»
Yer üzü bu qədər qaramat görməyib...
-
Mollalar «2» aldı
-
11 ayın sultanı - Ramazan
Oruc tutan insan həm ruhi, həm də fiziki baxımdan təmizlənir
-
Sələfilər yasda mollanı döydü
Şiə-sələfi davası dindarları ayağa qaldırdı
-
«İşsizliyin yaratdığı «nisyələr»»
Dörd ağır seyidin cəddinə - hərəsinə 50 manat nəzir
Sosial şəbəkələr həyatımıza o dərəcədə sirayət edib ki, bütün sevinc və kədər hislərimizi paylaşmadan keçə bilmirik. Hətta o dərəcədə də ki, ölüylə, qəbir üstündə şəkil çəkdirməklə bunu «ənənə»yə çevirməkdəyik.
Sosiallaşan həyatımızda yaxınını itirənin başsağlığını artıq sosial şəbəkə, xüsusilə də «Facebook» üzərindən qəbul etməsi normal qarşılanmaqdadır. Sosiallaşmanın ən pik həddi isə qəbir üstündə molla tərəfindən Quran oxunmasının səsyazısı ilə əvəzlənməsidir.
Bəziləri yalançı, nə oxuduğunu özündən başqa heç kim bilməyən mollaya 3-5 manat verib «Yasin» oxutdurmaqdansa, elə telefonda səsyazısı, yaxud «Youtube»dan Quran oxuyanın videosunun izlənilməsini daha məqbul hesab edir. Hətta bunu namaz vaxtı telefonlarda Azan oxunması ilə müqayisə edənlər də var...
Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a deyib ki, qəbir üstündə Quran oxunmasının Allah qatında savabı çoxdur:
«İslamda dünyadan köçmüş insan üçün Quranın savabının hədiyyə edilməsi var. Bəzən soruşurlar ki, ölüyə niyə Quran oxunur? Əslində ölüyə Quran oxunmur. Quranın savabı dünyadan köçmüş insana hədiyyə edilir. Necə ki, istənilən insan özündən sonra bir kitab yazıb qoymuş olsun, məscid tikdirmiş olsun, xeyriyyə evi yaxud qonaqlar üçün yataqxana tikdirmiş olsun, bir bulaq qazdırsın və s. Bütün bunların savabı öləndən sonra da ona çatır. Quran oxunan zaman həm də onu oxuyan savab qazanır, bir şərtlə ki, bilən adamlar tərəfindən düz oxunsun».
Hacı Şahin bildirir ki, İslam «Youtube»dan, yaxud hansısa səsyazısından Quran oxunmasını, dinlənilməsini qadağan etmir:
«Amma Quranın canlı oxunması tamamilə başqadır. Burada Quranın özü ilə insanların təması çox bəyəniləndir. Qəbir üstündə Quranın səs yazısından səslənməsi dini baxımdan qadağan olunmasa da, mən bunu düzgün hesab etmirəm. Azan məsələsi tamamilə fərqlidir. Azan məscidlərdə canlı oxunur. Sadəcə bəzi proqramlar var ki, telefona yazdırmaqla namazın vaxtını bilmək olur. Amma Quranın oxunması mahiyyət etibarilə fərqlidir. Hətta mən tövsiyə edirəm ki, Quran ərəbcə oxunduqdan sonra tərcüməsi də deyilsin, izah edilsin».