
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əksik olsa cavab olduqca sərt olacaq. Virtualaz.org xəbər verir ki, bu təhdilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin «Rossia 24» telekanalına müsahibəsində çıxış edib.
Ötən gün Rumıniya Roqozinin da göyərtəsində olduğu sərnişin təyyarəsinin ölkənin hava məkanından Moldovaya daxil olmasına icazə verməyib. Dnestryanı bölgəyə Rusiya «sülhməramlı qüvvələrinin» yeridilməsinin 25 illiyi münasibətilə təşkil olunan tədbirlərə qatılmaq və rusiyameylli prezident İqor Dodonla görüşmək üçün Moldovaya yollanan Roqozin Moskvaya geri qayıtmalı olub. Ukrayna Rusiya təyyarələrinə hava məkanını bağladığından Moldovaya uçmaq üçün ancaq Rumıniyanın hava məkanından keçmək lazım gəlirdi.
Roqozin Moldovanın qərbyönümlü hökumətinə xəbərdarlıq edərək bildirib ki, Dnestryanı bölgədə 200 mindən çox Rusiya vətəndaşı yaşayır və Kişnyov bunu yaddan çıxarmalı deyil. Onun sözlərinə görə, Rusiya Dnestryanı bölgə ilə Kişnyov arasında dialoq qurmağa çalışır, ancaq hələlik buna nail olmayıb. Rusiya baş nazirinin müavini deyib ki, Moldova prezidenti ilə Kişnyovda görüşü baş tutmasa da onunla Tehranda, prezident Həsən Ruhaninin inaqurasiya mərasimində görüşüb «ciddi söhbət» edəcək. Daha sonra isə Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski ilə görüşməyə hazırlaşır. Roqozin müsahibədə Moldovanın qərbyönümlü hökumətini «cinayətkar» adlandırıb, bu hökumətin Qərblə eyni düşərgədə yer almaq üçün Rusiya ilə münasibətləri korlamağa çalışdığını deyib.
Moldova prezidenti İqor Dodon hökumətdən fərqli olaraq Dnestryanı münaqişəsinin hərbi yolla həllini istisna edir. Dodon bildirib ki, qəti şəkildə bu ssenariyə qarşıdır.
Dnestryanı bölgə keçmiş sovet resublikaları ərazsində Moskvanın nəzarətdə saxladığı separatçı münaqişə ocaqlarından biridir. Rusiya bu bölgədə yaşayan etnik rusları kütləvi şəkildə pasportla təchiz edib. Vaxtilə Cənubi Osetiya və Abxaziya bölgəsinin sakinlərinə də kütləvi şəkildə Rusiya pasportlarının paylandığı məlum olmuşdu. «Rusiya vətəndaşlarının hüquqlarının pozulması» Moskvanın Ukrayna və Gürcüstana müdaxilə zamanı istifadə etdiyi arqumentdir.