«Turan» agentliyi fəaliyyətini dayandırdı
«Nə qədər davam edəcəyini zaman göstərəcək»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nazirlik agentliyin hesabları yenidən donduruldu
«Turan» 37000 manat ödəməlidir
-
«Mehman Əliyev günahkar deyil!»
Vergilər Nazirliyinin sensasion qərarı
-
Avropa Şurası bəyanat yaydı
Qurum Mehman Əliyevin həbsdən buraxılmasını alqışladı
-
Fil iki oldu
Molla Nəsrəddinin sürprizi və ya jurnalistin müraciəti
-
«Fikirləşmək üçün vaxt qazandım»
Mehman Əliyev: «Bu, müəyyən bir dönüşdür, müəyyən korrektələr olacaq»
-
«Demokratik prinsip və dəyərlərin təminatçısı»
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu göndərdi
-
«Prezident humanist addım atdı»
Əflatun Amaşov: «Müraciətimizə həssas yanaşdığı üçün ölkə başçısına təşəkkürümüzü bildiririk»
-
«Mehman Əliyev prezidentə müraciət edib»
Prezidentin köməkçisi: «Ölkə başçısının jurnalistlərə bağlı mövqeyi dəyişməzdir»
-
...Mehman Əliyev azadlığa çıxdı
Ölkəni tərk etməmək şərti ilə ...
-
Prezident Mehman Əliyevin həbsinə reaksiya verdi
İlham Əliyev jurnalist barədə qətimkan tədbirinin dəyişdirilməsini tövsiyyə etdi
-
Həssaslıq mühüm şərtdir
Jurnalistlərin mənzillə təminatı ilə Mehman Əliyevin həbsi arasında paralellər etikadan uzaqdır
-
«Sizdən artıq dərəcədə xahiş edirik…»
Anar, Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Tofiq Zülfüqarov və daha kimlər Mehman Əliyevə görə Prezidentə müraciət etdi
-
Apellyasiya Mehman Əliyevi həbsdə saxladı
Məhkəmə iclası qapalı keçirilib
-
Hüquq müdafiəçiləri prezidentə müraciət etdi
«Mehman Əliyevin həbsi sizin jurnalistlərlə bağlı atdığınız addımlara beynəlxalq təşkilatlarda kölgə salınmasına əsas verir»
-
Dörd tanınmış jurnalist Mehman Əliyevə zamin durur
Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu Prezident İlham Əliyevə müraciət etdi
-
Mehman Əliyev 3 ay müddətinə həbs edildi
Vergilər Nazirliyindən iddia: «148 min manat qanunsuz gəlir»
«Turan» İnformasiya Agentliyi fəaliyyətini dayandırdığı barədə bəyanat yayıb. Virtualaz.org-un agentliyin saytına istinadən məlumatına görə, qurumun direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.
«Yaranmış vəziyyəti nəzərə alaraq, «Turan»ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.
Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək», - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə.