Əhalimiz hər ay 7000 nəfər artır
Azərbaycanda əhalinin sayı açıqlandı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Getsinlər qonşu Gürcüstana baxsınlar”
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
-
Daha çox ərzaq bahalaşıb
Azərbaycanda inflyasiyanın həddi açıqlandı
-
Trafik canavarı “zirvə”də - 342
Ən çox zərərçəkənlər kişilərdir
-
2 aya 10 milyona çatacaq
DSK sədri belə deyir
-
Qaz hasilatında sıçrayış
26,4 faiz, yaxud ...
-
Ötən il nə qədər meyvə yığılıb?
Meşə təsərrüfatının illik statistikası açıqlandı
-
Bakı əhalisinin sayı ...
Rəsmi statistika yayıldı
-
Boşanmalarla bağlı dəhşətli statistika
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
-
Ərəblər artıb, iranlılar azalıb
Azərbaycana gələn əcnəbilərin maraqlı statistikası
-
Dövlət büdcəsi kəsri 700 milyon manatı ötüb
Əhali isə bu il banklara bu məbləğdən bir qədər artıq məbləğdə faiz ödəyib
-
Orta aylıq əmək haqqında artım varmış
Muzdla çalışan işçilərin maaşındakı fərq 6 faizmiş
-
Nəhs infilyasiya
İllik qiymət bahalaşması açıqlandı
-
Əcnəbi tələbə 3370 nəfərə çatıb
Azərbaycanda təhsil alan xaricilərin sayı artır
-
«Hökumət bahalaşma ilə ciddi mübarizəyə başlamalıdır»
Millət vəkili: «Qiymət artımları ilə bağlı analiz aparılmalı, səbəblər müəyyənləşdirilməli və tədbirlər görülməlidir»
-
Azərbaycan qadınları daha uzunömürlüdür?
100-ü keçən ağbirçəklərin sayı ağsaqqallardan 6 dəfə çoxdur
-
Boşanmaların ən çox baş verdiyi rayonlar...
Ayrılmalar nikahların sayının 24,5 faizini təşkil edir
2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan əhalisinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Bu ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82380 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.
Cari ilin yanvar-iyul aylarında ölkədə 34281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.
2017-ci ilin 7 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 32864 nikah və 8532 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1782 nəfər Azərbaycana gələn, 1002 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.