vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ATLETİKA  
17:00 | 7 yanvar 2013 | Bazar ertəsi Məqaləyə 2110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vətəndaşlıq hədiyyə deyil»

ABŞ idmançısına Litva pasportu verilmədi

lent.az

Litva prezidenti Dalya Qribauskayte ABŞ-dan olan qadın fiqurlu konkisürən İzabella Tobiasa istisna hal kimi vətəndaşlıq verməkdən imtina edib. Lent.az-ın “Delfi”yə istinadən məlumatına görə, ölkə rəhbəri bunu Litva konstitusiyasındakı maddələrlə izah edib.

Ali qanunda göstərilib ki, vətəndaşlıq yalnız ölkə qarşısında ciddi xidmətlər qarşılığında istisna hallarda verilə bilər. Prezident Administrasiyasının hüquq şöbəsinin rəhbəri Ruta Svetikayte vətəndaşlığı hədiyyə kimi qələmə verməməyin gərəkliyini bildirib. Onun fikrincə, ABŞ konkisürəni mütləq meyarlar sayılan dövlət qarşısında xidmətlər və Litva cəmiyyətinə inteqrasiyadan heç birinə uyğun gəlmir: “Tobias gələcəkdə mümkün xidmətləri kimi Litva bayrağı altında idman nailiyyətlərinə baxılmasını təklif edirdi. Lakin bunlar vətəndaşlıq üçün müsbət qərara tutarlı səbəb ola bilməz. Vətəndaşlıq - mahiyyətcə dövlətlə hüquqi bağlılığın təsdiqidir. Bu, hansısa akt deyil ki, onun əsasında hər hansı şəxs xırda problemlərlə ölkəyə gəlsin və xeyrini görsün. Vətəndaşlıq – hədiyyə də deyil. Bu, dövlət mükafatı sayıla bilməz”.
Qeyd edək ki, İzabella Tobias litvalı Deyvidas Staqnyunasla birgə fiqurlu konkisürmə yarışlarına qatılır. O, hazırda Litvanı təmsil etsə də, Qış Olimpiya Oyunlarında bu ölkənin bayrağı altında yarışa bilmir.