vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
16:21 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Orta hesabla 336,6 manat

2013-cü ildə əhalinin gəlirləri açıqlandı

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

İlkin hesablamalara görə 2013-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8,0 faiz artaraq 37,6 milyard manata çatmış, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4039,6 manat və ya ayda 336,6 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,6 faiz olmuşdur.

Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. 
2013-cü ildə əhalinin sərəncamında qalan gəlir 34,5 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 8,0 faiz artmışdır.