35 minə yaxın şəxsin pensiyası 137,5 manat artırılıb
İşləyən pensiyaçıların müavinətlərinin hesablanması qaydaları
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin pensiya yaşını artırır
Könüllük əsasında ...
-
Pensiyalar nə qədər artacaq?
Hər 100 manata ...
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Pensiya amnistiyası uzadıldı
Dəyişiklik təqaüdçülərə nə vəd edir?
-
Pensiyalar nə qədər artacaq?
“Vahid indeksasiya metodu ilə hesablama inflyasiyanın nəzərə alınmasına imkan verəcək ...”
-
Təqaüd yaşında güzəştlər kimlərə aid olacaq?
Pensiyası haqqında qanunda dəyişiklik təsdiqləndi
-
Təqaüd yaşı kimlər üçün endirildi?
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik haqqında...
-
Pensiyalarla bağlı vacib qanun
Vəfat edən ailə başçısının təqaüdü ailə üzvləri arasında bölüşdürüləcək
-
Vəfat edən şəxsin pensiya kapitalı hara xərclənir?
Bu məsələ Milli Məclisdə dinləmələrə çıxarılacaq
-
Artımlar nə qədər olacaq?
Millət vəkili pensiya sərəncamını şərh etdi
-
Pensiyalar artırılır
Prezident sərəncam imzalayıb
-
Əməkhaqqı və pensiyalarla birgə qiymətlər də qalxa bilər
Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür
-
1 oktyabr - Beynəlxalq Ahıllar Günü
Azərbaycanda 330 minə yaxın ahıl vətəndaş var
-
Pensiyalar təhlükədə
Qazaxıstan Azərbaycan Beynəlxalq Bankında 220 milyon dollar itirdi
-
Pensiyalar vaxtından tez veriləcək
Maliyyələşmə başa çatıb
-
Azərbaycanda pensiya yaşı da artırılır...
... iş stajı da
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır.
Yəni həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.
Bununla əlaqədar ötən ilin 1 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hal-hazırda da işləməkdə davam edən əmək pensiyaçısı kimi 35 minə yaxın şəxs müraciət edib. Onların əmək pensiyasının qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq artırılması təmin olunub.
Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.