20:29 | 3 yanvar 2013 | Cümə axşamı
Məqaləyə 1810 dəfə baxılıb
Şriftin ölçüsü
«Bizim ümumi vətənimiz yoxdur»
Fransalı aktyor Rusiyanı seçdi
Rusiya prezidenti Vladimir Putin məşhur aktyor Jerar Depardyeyə Rusiya pasportu verib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin çox yüksək vergiyə görə Fransa vətəndaşlığından imtina edən və hakimiyyət orqanları ilə problemlər yaşayaraq ölkəni tərk edən fransız aktyoru Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, fransız aktyor milyonçular üçün vergilərin 2013-ci ildə 75 % artırılmasından sonra ölkəni tərk etmək qərarına gəlib. Depardye hələ vergilərin 50% artırılmasını eşidəndən sonra ölkəni tərk edərək qonşu Belçikaya getmişdi. Onun bu addımına görə qınayaraq «zavallı» adlandıran Fransanın baş nazirinə o, «Siz kimsiniz ki, məni mühakimə edirsiniz? Mənə sizin mərhəmətiniz lazım deyil. Mən sizə heç vaxt istifadə etmədiyim pasport və sosial kartımı geri qaytarıram, bizim ümumi vətənimiz yoxdur»-deyə cavab vermişdi.