vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
14:01 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 1620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QMİ XİN-ə müraciət edəcək

Hacı Allahşükür Paşazadə Suriyada vuruşan azərbaycanlıların cəzalandırılmasını istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini dövlət qarşısında qaldıracaq. ANS PRESS-in məlumatına görə, bu gün QMİ-də keçirilən iclasda şeyx əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, onların cəzalandırılmasının vacibliyini bildirdi:

«Ölkə daxilində və ya xarici ölkədə əlinə silah alan, silahlanaraq vuruşan hər bir kəs qanun qarşısında cavab verməlidir. Biz bu məsələni dövlət qarşısında qaldıracağıq və ümid edirik ki, dövlətimiz bu işdə bizimlə razılaşacaq. Biz QMİ olaraq Xarici İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Bu müraciətimizdə xaricdə cihad adı ilə vuruşan Azərbaycan vətəndaşları barədə məlumatlar verilməsini istəyəcəyik.

Biz bu gün elan etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq XİN-ə göndərəcəyik. Çünki bilirik ki, dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır».
Allahşükür Paşazadə radikal təriqətlərin azərbaycanlı gənclərin Suriyaya və digər ölkələrə cihad adı ilə göndərilməsinə qarşı mübarizə aparmaq üçün xüsusi bir qurumun yaradılmasının labüdlüyünü bildirdi: «Bu məsələlərə rəhbərlik edən bir qurum yaradılmalıdır və bu qurum rayonlarda, bölgələrdə maarifləndirmə işi ilə məşğul olmalıdır».