Nazirin 2025-ci il proqnozu
Samir Şərifov: «Azərbaycanın hava əlaqəsi olduğu şəhərlərin sayı 100-ə çatdırılacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Faizin aşağı düşməsi müsbət faktordur”
Nazir dövlət istiqrazlarından danışdı
-
Qısa müddətdə müsbət dəyişiklik
“Biz sizə güzəşt etmişik, indi siz də işçilərinizə daha yüksək əməkhaqqı verin”
-
Devalvasiyaya yol vermək olmaz!
Manatın ucuzlaşması ixracın artımına gətirməyib, əvəzində idxal azalıb
-
Şərifovun etirafı...
Təhsil krediti, yoxsa təhsil müavinəti?
-
Nazirin narahatçılığı ...
Manatın xilası real sektorun dəstəklənməsindən keçir
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
-
«Müəllimlərin maaşları qaldırılacaq»
Maliyyə naziri: «2018-ci ilin büdcəsində təhsilə böyük artım var»
-
«Neftimiz tükənir»
Maliyyə nazirindən sensasion açıqlama: «Vəziyyəti düzəltmək üçün SOCAR-a pul ayrılacaq»
-
«Qafqazın mirvarisi»nin Parisdə təqdimatı
Royal Pavilyonda Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib
-
«200 hektarlıq məkanda böyük «Expo» kəndi salınacaq»
Elçin Əmirbəyov: «Yaradılacaq infrastruktur şəhərimizin gözəl guşələrindən biri olacaq»
-
«Dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyət olmağımızla qürur duyuruq»
Mehriban Əliyeva Parisdə Bakının «Expo 2025» Sərgisinə namizəd şəhər olması şərəfinə qəbulda çıxış edib
-
Şərifov Vaşinqtona getdi
Maliyyə naziri BVF və DB-nin toplantılarına qatılacaq
-
İki Şərifovun sabotajı
Ələt limanının tikintisində qorxunc maxinasiyalar, işıqlı projelər qaranlıq sularda necə batırılır
-
Samir Şərifov «portfelsiz nazir»ə çevrilir
ABB vasitəsilə milyardlarla dolların mənimsənilməsinin qarşısını ala bilməməsi bir yana...
-
«Moody`s» Samir Şərifova etibar edir
Agentlik haqqında yayılan informasiyanı təkzib etdi
-
«Maraq olduqca aşağı səviyyədədir»
«Moody’s» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı haqqında...
«Azərbaycanın hava əlaqəsi olduğu şəhərlərin sayı 100-ə çatdırılacaq». Bu sözləri noyabrın 15-də Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında «Bakı Expo 2025»in təqdimatı zamanı Azərbaycanın maliyyə naziri, «Bakı Expo 2025» Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov deyib.
S.Şərifov qeyd edib ki, Bakı «Expo 2025» Ümumdünya Sərgisinə namizəd şəhər kimi insan kapitalının inkişafı mövzusu ilə çıxış edir. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə «qara qızıl»ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlərdən danışan nazir bildirib ki, Azərbaycanın əsas zənginliyi 10 milyon vətəndaşıdır. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan Qlobal Rəqabətlilik İndeksinə görə 137 ölkə arasında 35-ci yeri tutub. Ölkəmizin daim inkişafda olduğunu vurğulayan S.Şərifov Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın hazırda 50 böyük şəhərlə hava əlaqəsinin olduğunu və 2025-ci ilə qədər bu rəqəmin 100-ə çatdırılacağını bildirib.
«Bakı Expo 2025» Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri qeyd edib ki, ölkəmiz «Expo-2025»in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq. Bu sərgi bəşəri müxtəlifliyi təmin edəcək və bütün millətlərə iştirak etmək imkanı yaradacaq. Bu təşəbbüsün cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini deyən S.Şərifov vurğulayıb ki, 20 mindən çox könüllü «Expo 2025» sərgisində əsas gücümüz olacaq. Avropa və Asiyanın kəsişməsində yerləşən Bakı qədim sivilizasiyanın beşiyidir, dünyəvi və çoxmillətli şəhərdir.