vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
12:47 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 3547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Anbarlarda 577 milyon manatlıq mal yığılıb

Məhsulların satılmamasının 2 səbəbi var

İstehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib.

Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmaması.

Hazırda mövcud olan anbar qalıqları daha çox birinci səbəbdən yaranıb. Belə ki, xüsusilə də son 13 ildə 62,8 milyard manat xərclənən «Regionların sosial-iqtisadi inkişaf proqramları» çərçivəsində yaradılan yeni müəssisələr və sexlərin bir çoxundan məhsul buraxılışı bazarın tələblərinə cavab vermədiyindən onlar satılmır, yenidən istehsalçı müəssisələrin anbarlarına qayıdır. Odur ki, hazırda istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 577 milyon manata çatıb. Digər tərəfdən də bəzi məhsullar qiymətində gözlənilən qiymət artımını nəzərə alaraq istehsalçılar onları baha qiymətə satmaq niyyəti ilə həmin malları bir müddət anbarlarda saxlayır və qiymət bahalaşarkən satmağa üstünlük verir. Hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. Odur ki, anbar qalığının artımından bu faktor da nəzərə alınmalıdır.