Gəncə-Bakı sürət qatarı istifadəyə veriləcək
Azərbaycan dəmir yolu terminalı tikir
Bu ilin sonunadək Bakı və Gəncə şəhərləri arasında sürət qatarı istifadəyə veriləcək. Bunu bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında bildirib.
E. Vəliyev deyib ki, bu, turistlərin Gəncəyə səfərini asanlaşdıracaq. (APA)
***
Digər bir xəbərə görə, Azərbaycan İranda inşa etdiyi infrastruktur vasitəsilə növbəti mərhələdə maye və dənli bitkilər daşıyacaq.
Bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
O bildirib ki, Azərbaycan İranda dəmir yolu terminalı tikir. İlk mərhələdə buradan quru yüklər, növbəti mərhələdə isə maye və dənli bitkilər daşınacaq.