vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
16:56 | 9 iyul 2018 | Bazar ertəsi Məqaləyə 1980 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UPEZ-in artıq müştərisi var

Ucarda tikilən, oktyabrda istifadəyə veriləcək ...

“Bu ilin oktyabr ayında Ucar Pambıq Emalı Zavodu (UPEZ) istifadəyə veriləcək”. Bu barədə Ucar rayon Pambıq Emalı Zavodunun rəhbəri Həsən Şahverdiyev bildirib.

O qeyd edib ki, zavod ildə 40 min ton istehsal gücünə malikdir: “Bu zavoddan əlavə iki zavod da tikilir. Biri çiyid zavodu, digər çiyiddən yağ emal etmək üçün yağ zavodudur. Emal olunacaq yağ Özbəkistana göndərilməsi nəzərdə tutulub”.

Ucar Kənd Təsərrüfatı İdarəsinin rəisi Əbil Mehdiyevin sözlərinə görə, zavod ötən ilin avqust ayından məntəqə kimi fəaliyyətə başlayıb:

“Bu ilin fevral ayından Pambıq Emalı Zavodununun bünövrəsi qoyulub, bu günə qədər işlərin 80 faizi tamamlanıb. Hazırda rayonda pambıq sovet dönəmidən fəaliyyət göstərən Pambıq Emalı Zavodu var. Ancaq yeni zavod yeni texnologiya ilə tikilən zavoddur. Avadanlıqlar Çindən gətirilir və onların mütəxəssisləri tərəfindən avadanlıqların quraşdırılması nəzərdə tutulub. Pambığın alıcısı xarici ölkələr olacaq. Pambığın satışında heç bir problem olmayacaq. Çünki dünya bazarında pambığa tələbat yüksəkdir”.