vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
13:06 | 10 iyul 2018 | Çərşənbə axşamı Məqaləyə 1970 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Brexit” hər iki tərəfi vurdu

Avro və funt-sterlinqdə ucuzlaşma

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərə hökumətində “BREXIT” fonunda fikir ayrılıqları, dövlət nümayəndələrinin istefaları və prosesin Avropa ilə danışıqlara təsiri diqqət mərkəzində.

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma müşahidə edilir. Belə ki, Avropa ilə İngiltərə arasında “BREXIT” mövzusunda gözləntilər və risklər avro/dollar və funt/dollar məzənnələrinə mənfi təsir edir.

Avro/dollar məzənnəsi 1.18 dollara kimi bahalaşdıqdan sonra 1.17 dollara kimi ucuzlaşıb və 1.1726 dolları da aşağı istiqamətdə qırarsa, 1.1616 dollara kimi ucuzlaşa bilər. Funt/dollar məzənnəsi də bazar ertəsi 1.32 dollara kimi 1.3 faiz ucuzlaşıb və 1.31 dollara kimi ucuzlaşa bilər.

Yaponiyada isə güclü təbii fəlakət ilə bağlı xəbərlər dollar/yen məzənnəsinin 0.7 faizə kimi bahalaşmasına səbəb olub. 111.08 yenə kimi bahalaşan məzənnə 111.13 yeni də yuxarı istiqamətdə qırarsa, 111.70 və 112.30 yenə kimi - son yarım ilin maksimum səviyyəsinə kimi də bahalaşa bilər. Ölkədə güclü yağış və torpaq sürüşmələri Yaponiyanın cənub-qərb regionunda çoxlu insan tələfatına səbəb olub, şəhərlər su altında, işıq və enerjisiz qalıb.

Bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin sənaye sektoru və Avrozona iqtisadiyyatı ilə bağlı gələcək gözləntiləri ölçən indeks investorların diqqət mərkəzindədir.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.