Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
09:11 | 16 noyabr 2022 | Çərşənbə
Məqaləyə 1295 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
Dünən ABŞ-da açıqlanan istehsal qiymətləri indeksi ardıcıl dördüncü ayda da geriləyərək 8%-ə düşdü. Proqnozlaşdırılandan daha çox azalan istehlak qiymətlərindən sonra, istehsal qiymətləri indeksində də gözləniləndən daha çox azalma müşahidə olunması fonunda dollar indeksi avqustun 12-dən sonra ən aşağı səviyyə olan 104.8 bəndə qədər düşüb. Dollar üzərində artan təzyiqlər nəticəsində avro 1.0480, funt-sterlinq 1.2020 hədlərinə kimi yüksəlib.
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq istehlak (CPİ) və istehsal (PPİ) qiymətlərində inflyasiya səviyyələri və saat 18:15-də İngiltərə Mərkəzi Bankının sədri Endrü Beylinin çıxışı investorların diqqət mərkəzində olacaq. Əgər proqnozlaşdırıldığı kimi İngiltərədə inflyasiya bu ay da artımla açıqlanarsa, bazar iştirakçıları Beylinin çıxışında daha sərt monetar siyasətə dair mesajların verilməsini gözləyəcəklər. Nəticədə artan sərt monetar siyasət ehtimalları fonunda funt-sterlinq dünya valyuta bazarlarında bir qədər də möhkəmlənə bilər.
Qızıl ucuzlaşan dollar fonunda 1784 dollara kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq bir qədər geriləyib. Hazırda 1772 dollardan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1784 həddinin üzərində möhkəmlənə bilsə, 1800-ə kimi bahalaşa bilər.