vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BANK, BİRJA, SIĞORTA  
20:45 | 6 sentyabr 2018 | Cümə axşamı Məqaləyə 2021 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rublun antirekordu

Avro və dolların məzənnəsi 2 il altı aydan sonra ən maksimuma çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada birjada hərraclarda avronun məzənnəsi son dörd ay ərzində ilk dəfə 80 rubl həddini ötüb. Sonuncu dəfə 2018-ci ilin aprelində avro 80 rubl səviyyəsini keçmişdi. Bundan əvvəl belə səviyyəsi iki il əvvəl, 2016-ci ilin mart ayında qeydə alınıb. Birjada avro 80,65 rubl səviyyəsini görüb.

Dollar isə 2016-ci ilin aprelindən bəri ilk dəfə 69,49 rubla çatıb (2 il 4 ayın rekordunu yeniləyib, Bakı vaxtı ilə saat 20:40-a olan məlumat).

Bu gün Moskva birjasında hərraclarda Dollar 1,2 faiz avro isə 1,3 faiz bahalaşıb.

Nağd valyuta bazarında Dollar 70 rubldan, avro isə 81 rubldan baha satılır.

Rublun məzənnəsində dəyişikliyin və bazarda yüksək qeyri-müəyyənliyin davam edəcəyi gözlənilir.