vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
11:16 | 25 aprel 2019 | Cümə axşamı Məqaləyə 1703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Alternativ plan hazırlamışıq”

Hindistanın İran neftindən imtina etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İran neftinin ən mühüm aqlıcılarından olanHindistanın neft və təbii qaz naziri Dharmendra Pradhan aprelin 23-də şəxsi “Twitter” səhifəsində yazdığı bir statusda ölkəsinin İran neftinin yerinə alternativ mənbələr axtarıb tapdığından xəbər verib.

Hindistanlı nazirin neft açıqlaması,ABŞ dövlət katibi Mayk Pompeonun Amerikanın İranın neft satışına qarşı tətbiq etdiyi sanksiyalarda istisna ölkələrə tanıdığı möhlətin mayın 2-də başa çatacağını elan etməsindən bir neçə gün sonraya təsadüf edib.

Nazir, paylaşdığı statusunda İranın adını çəkmədən bildirib ki, Hindistan neft və qaz ixrac edən digər ölkələrdən əlavə neft almağı planlaşdırır: “Biz neftə olan ehtiyacımızı təmin etmək üçün artıq alternativ plan hazırlamışıq. Belə ki, hökumətimiz Hindistanın neftayırma zavodlarına kifayət qədər neftin nəqli üçün güclü bir plan hazırlayaraq təqdim edib. Daha oğrusu, Hindistanın neftayırma mərkəzləri ölkənin benzinə olan tələbat və ehtiyacını ödəmək üçün tam hazırdır və artıq biz bu istiqamətdə hərəkət edirik”, - deyə Dharmendra Pradhan əlavə edib.