vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
11:56 | 14 may 2019 | Çərşənbə axşamı Məqaləyə 2238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftin son qiyməti

AÇG-dən hasil edilmiş qara qızılın həcmi açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

14.05.19 - AÇG-dən hasil edilmiş qara qızılın həcmi açıqlandı...

Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,07 ABŞ dolları və yaxud 0,09 faiz artıb.

Daha dəqiq desək, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,24 dollar olub.

* * *

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 571 min barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton neft hasil edilib.

Bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

2018-ci ilin I rübündə blokda hasilat gündə orta hesabla 597 min barel və ya ümumilikdə təqribən 54 mln. barel, yəni 7 mln. ton olub.

Bildirilib ki, bu ilin I rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birincü rübdə “Çıraq” platformasından gündəlik 43 min barel, “Mərkəzi Azəri” platformasından 146 min barel, “Qərbi Azəri” platformasından 128 min barel, “Şərqi Azəri” platformasından 100 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel və “Qərbi Çıraq” platformasından 58 min barel neft hasil edilib.

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.

Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 min barel olub.