vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 may 2021
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
10:02 | 1 mart 2014 | Şənbə Məqaləyə 2464 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Narazlıqlar niyə BDU-dadır?

Problem kredit sisteminə keçiddədir, yoxsa ortada başqa səbəblər var?

Səxavət MƏMMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Tələbələr hansısa məqamda haqlı ola bilərlər, çünki Bakı Dövlət Universiteti (BDU) ölkənin ilk ən böyük və hələ də ən prestijli təhsil ocağıdır. Tələbələrin məhz buranı seçməsinin səbəblərindən biri də budur. Ancaq imam üçün ağlayanda gərəkdir ki, arada yezidi də yad edəsən. Universitet rəhbərliyi hər bəyanatında dönə-dönə bildirir ki, onlar icraedici orqandır. Yəni qanunu Təhsil Nazirliyinin təklifi ilə Nazirlər kabineti qəbul edib. Bu, dolayısı ilə o deməkdir ki, ay tələbələr, etiraz edin , amma ünvanı düz seçin. Ünvan isə Təhsil Nazirliyi və bir az da irəli getsək, Nazirlər Kabinetinin qarşısıdır. Həqiqətən hər hansısa bir universitetin qanun dəyişmək kimi nə gücü var, nə də səlahiyyəti.

Qayıdaq bir az əvvələ. 20 fevral aksiyası planlaşdırılan zaman bunun dinc keçiriləcəyi qeyd edilirdi. Ancaq universitetin mühafizə xidməti, sanki komendant saatı elan edib, bir yerə toplaşanları dağıtmaq üçün kobudluq göstərdi. Tələbələrə icazə verilsəydi, aksiya yarım saat və çox sakit tərzdə keçərdi, nə həbslər olardı, nə də rektor Abel Məhərrəmov fitə basılardı.

Aksiya təyin olunandan bir qədər gec başladı və tələbələr əllərində ağ vərəqlər qaldırıb, «Kəsirlərə pul verməyək» deyərək, çox sakit bir şəkildə öz etirazlarını bildirirdilər. Ancaq universitetin mühafizəçiləri və Tələbə Həmkarlar İttifaqı üzvlərinin müdaxiləsi nəticəsində aksiya küçə yürüşünə çevrildi. Haqlarını müdafiə edən tələbələrin qarşısına çıxan Abel Məhərrəmov aksiyanı sakitləşdirmək yerinə gənc, beyni dumanlı tələbələri daha da qızışdırdı. Polisin kimisə həbs etməsi başa düşüləndi, ən azı asayişi qoruyur. Mühafizəçinin isə tələbəni sürüyə-sürüyə aparıb, rektorun təbirincə desək - «tutub dindirməsi» səlahiyyətinin olması anlaşılmazdır. Dağıtma və döymə işini xüsusi canfəşanlıqla icra edənlər arasında ilk yeri Tələbələrin Həmkarlar İttifaqının üzvləri tuturdu. Ümumiyyətlə Tələbə Həmkarlar İttifaqının fəaliyyətinə aşağıda xüsusi toxunacağıq.

Abel Məhərrəmov tələbələrin önünə çıxaraq bildirdi ki, fevralın 21-i bütün tələbələri və medianı akt zalına yığıb suallara aydınlıq gətirəcək. Buna qədər isə həmin gün Təhsil Nazirliyindən açıqlama gəldi ki, kredit sistemini universitetlər tələbələrə düzgün başa sala bilmir, odur ki, BDU-dakı görüşdə nazirliyin də rəsmi nümayəndəsi iştirak edəcək. Elə də oldu, ancaq akt zalında aləm qarışdı.

Tədbir başlayandan hamının maraqla gözlədiyi hissə sualların verilməsi idi. Amma ilk sualdan sonra universitet rəhbərliyi tədbiri yekunlaşdırmağa qərar verdi. Təhsil Nazirliyi davam etdirməkdə qərarlı olsa belə.

İstəyinə çatıb rektora suallar ünvanlayan tələbələr isə cavab əvəzinə hədə-qorxu aldılar. Təbii ki, gözü çıxmış qardaşından dərs götürən digər narazı tələbələr rektorun cavabından sonra susmalı idilər. Hər halda aksiyanın ikinci günündə bu hədə-qorxu tələbələrin sayına əməlli başlı təsir göstərmişdi.

Rektordan pay alan həm də jurnalistlər oldu. Jurnalistin «Abel müəllim, tutulan tələbələrin aqibəti necə olacaq?» sualını rektor belə cavablandırdı: « Götürün bunu».

Tələbə və jurnalistlərin suallarını növbəti gün (22 fevral, şənbə günü) saat 11:00-da cavablandıracağını deyən rektor bir-neçə saat sonra mətbuata bildirdi ki, sabah BDU-da iş günü olmadığı üçün tədbir təxirə salındı. Abel müəllimi haradasa anlamaq olar. İnsan psixologiyası elədir ki, bir yerdə uzun müddət qaldığı zaman oraya sahiblənir və özününkü hesab edir. Bir də ki, 15 il ölkənin bir nömrəli universitetinə rektorluq edəsən və ilk dəfə öz tələbələri tərəfindən fitə basılasan. Görünür Metropoliten İdarəsinə yaxın olduğundan Tağı müəllimin suyu rektora da sıçrayıb.

Tələbələr fevralın 24-də yenidən aksiya təşkil etdilər, ancaq Abel Məhərrəmov polis, universitet mühafizəçiləri və Tələbə Həmkarlar İttifaqının köməkliyi sayəsində necə deyərlər universitet yaxınlığında «quş da uçurtmadı». Bir məqam da diqqətdən yayınmadı. Bu dəfə təkcə BDU-nun deyil, digər universitetlərin həmkarları, dekanları, prorektorları da fotoqrafla gəlib, öz tələbələrini güdürdülər. Səbəbi isə açıqlamağa ehtiyac yoxdur.

Bir qədər də Tələbə Həmkarlar İttifaqı haqqında. Məhz onların rəhbərliyin «şillə vuran»lığı ilə məşğul olması acınacaqlı haldır. Etiraz edən yoldaşlarını sürüməkdə, onların tələbə biletini əlindən almaqda elə canfəşanlıq edirdilər ki, sanki işlərinin məğzi budur. Maraqlısı odur ki, Tələbə Həmkarlar İttifaqına seçilən tələbələrin hamısı idmançı görkəmlidir. Sanki bu tələbələr «qara gün» üçün seçilir...

Görünən odur ki, tələbələr bu yoldan çəkilməyəcək. Belə ki, əvvəlcə «kəsirlərə pul verməyək» deyən tələbələrin tələbləri də artıb. Onlar artıq Tələbə Həmkarlar İttifaqına yeni seçki keçirilməsini istəyirlər. Əgər bu, baş tutmasa, Təşkilata alternativ yeni Həmkarlar İttifaqı belə yaradacaqlarını bildirirlər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)