“Azərbaycanın Traktoru” ...
Təbrizin azadlıq rəmzi olan futbol klubunun adı dəyişdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
Dövrünün nadir incəsənət adamı
Bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
-
Təbrizdə dərman çatışmır
Xammal yoxdur, müəssisələr bağlanır, bahalaşma gözlənilir
-
AzTV aktivləşib
Dövlət televiziyasının sosial şəbəkələrdə paylaşımları və baxış sayı kəskin çoxalıb
-
“Bu qan yerdə qalmayacaq”
Təbrizi divarlarını qraffiti yazıları bürüdü
-
Daha bir polkovnik ...
SEPAH zabitinin qəddarlığı sonunu gətirdi
-
Cavanrud və Soyuqbulaqda qətliam
Xəstəxanalar yaralıya dolub, qan çatışmazlığı üçün əhaliyə müraciət olunub
“Təbrizin Traktorsazi” klubunun adı “Azərbaycanın Traktor mədəni və idman klubu” sözü ilə dəyişdirilib, lakin komandanın “Traktor” adı ilə ölkənin super liqa yarışlarına qatılacağı bildirilir.
Klubun adı onun tərəfdarları və sahibi Məhəmmədrza Zenuzinin istəyi ilə iyunun 22-də rəsmən dəyişdirilib.İran Sənəd və Mülkiyyətin Qeydiyyat Təşkilatı klubu “Azərbaycanın Traktor mədəni və idman klubu” adı ilə rəsmən qeydiyyata alıb. Buna baxmayaraq farsdilli mətbuat orqanları komandanın “Traktor” adı ilə super liqa yarışlarına qatılacağını bildirir. Komandanın rəsmi adında “Azərbaycan” sözünün hallanması hər zaman reaksiyalara səbəb olub. İran rejimi heç bir komandanın adında “Azərbaycan” sözünün olmasına imkan vermir.
“Traxtur” (“Traktor”) klubunun isə bütün azərbaycanlılara aid olduğu kimsədə şübhə doğurmur. Azərbaycanlılar onu istənilən rəqib komandanın qarşısında və bütün meydanlarda dəstəkləyir, bu istiqamətdə əllərindən gələni edirlər. Bu komanda türk dünyasında da ən çox tərəfdarı olan komandası kimi tanınır.