vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ANALİZ  
12:16 | 28 yanvar 2022 | Cümə Məqaləyə 831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan-Putin təmasları

Ukrayna böhranı fonunda ...

Türkiyə-Rusiya və prezidentlər Ərdoğanla Putin arasında son zaman maraqlı və hətta, bir qədər də qəribə siyasi gedişlər baş verir. Xüsusən də, indi, Ukrayna ətrafı Rusiya-Qərb kritik gərginliyi fonunda. Son, mühüm proseslərə nəzər yetirək.

Dekabrda, Moskva Qərbə və Ukraynaya yönələn və yerinə yetirilməsə, müharibə eyhamı vurulan, qəfil ultimativ tələb irəli sürdü. Dünya bundan silkələndi, 3-cü dünya müharibəsi ehtimalı hər kəsi həyəcana saldı. 
Ərdoğan isə cəsarətlə çıxış edib Putini qınadı ki, yanlış tələbdir. Ukrayna güclü dövlətdir və ərazi bütövlüyünə hörmət edilib Krım və Donbas geri qaytarılmalıdır, müharibə qəti real deyil. Üstəlik, tərəfləri Türkiyə vasitəçiliyində barışığa çağırdı.
Çox siyasilər, politoloqlar Ərdoğanın həmin gərgin an bu çıxışını gülüşlə və hətta, rişxəndlə qarşılayaraq qeyri-real, populist hesab etdi. Üstəlik, Putinin açıqca Ukrayna tərəfini tutub Kremli qınamasına görə Ərdoğanı “iqnor” edəcəyi deyilirdi.  
Ancaq, Kreml bu çağırışı elə də, qıcıqla qəbul etmədi. Cavabında bildirdi ki, bu ətrafda bütün barışıq təkliflərini hörmətlə qarşılasa da, bunlar indi real deyil və Qərb Moskvanın tələblərinə cavab verməlidir.
O saat, hiss etdim ki, bu məsələdə müharibə olan deyil, bu Kremlin Qərb üçün, hədə-qorxu avantürasıdır. Putin bilir ki, bu baş tutmaya bilər, bu anda dalandan çıxış üçün barışdırıcılıq missiyasını irəli sürən Ərdoğan kimi xarizmatik və neytral şəxsiyyətlə təmasa ehtiyac yarana bilər. Qarabağ krizi həllindəki kimi. 
Elə də oldu...
Qərbin cavabı gözlənilməz sərt, təpkili oldu. Əksinə, Qərb bu ağlasığmaz tələbləri koalisiyalı, ictimai dəstəkli olmaqla, Rusiyanın özünə qarşı hərbi hazırlıq ilə əks təzyiqə və tələblərə çevirdi: Ukrayna Gürcüstan Moldovadan qoşunu çıxart! Rusiyanın dalana, hətta tələyə salınması qədər: xof üzərində dayanan “dünya gücü” nüfuz itirir! 
Bu an, Ərdoğan da açıqca bəyan etdi ki, Rusiya Ukrayna ilə müharibə başlayarsa, Türkiyə NATO müttəfiqliyinin tələbi ilə davranacaq. Demək ki,  NATO-Rusiya savaşı olsa, NATO tərəfdə olacaq. 
Və bununla belə...
İndi Ərdoğan yenidən Putini və Zelenskini artıq, İstanbula 3 tərəfli görüşə və üzbəüz danışıqlara dəvət etdi. Və Kremldən də, gözlənilməz cavab gəldi: Putin minnətdarlıqla dəvəti qəbul edir və İstanbulda görüş Zelenskisiz, yalnız Ərdoğanla keçirilməsini istəyir. Ehtimal olunur ki, Zelenskini də bu görüşə, sülh barışıq danışıqlarına qatarlar.  Məncə, bu yanlışdan qurtulub, daxili problemlərə keçməsi üçün sülhün Rusiyaya xeyiri var.
Rusiya-Ukrayna sülh barışığı hansı şərtlərlə ola bilər, Türkiyə vasitəçiliyində?
Ukrayna Qərbə üz tutsa, Avropa Birliyinə getsə də, NATO-ya girməmək barədə öhdəlik götürər. Paralel olaraq, taktiki raketlər və digər təhlükəsizliklə bağlı NATO-Rusiya arasında razılaşmalar olar. Rusiya da Donbasdan əlini çəkmək Ukraynaya təhlükə olmamaq, əməkdaşlıq öhdəliyi götürər.
Krım isə, referendum keçirib, tarixi həqiqətə və haqq-ədalətə uyğun, neytral Krım-Tatar dövləti olar, oradakı xalqları birləşdirəcək, müasir tipli (onsuz, Krımın Rusiyaya birləşməsi beynəlxalq hüquqa zidd keçirilib. Krım Ukrayna tərkibində ola-ola deyil, əvvəl müstəqillik əldə edib, sonra Rusiyaya birləşmə referendumu keçirtməli idi).
P. S. Bu mövzuya niyə xeyli diqqət ayırıram, çünki bu böhranın nəticəsinin bizim Azərbaycana və türk dünyasına ümumən vacib təsirli əhəmiyyəti var. Hansı ki, sonrakı təhlillərimdə aydınlıq verəcəyəm.