Hakimlər nə qədər qazanır?
Ən çox qazanan fit sahibləridir ingilislərdir
Məşhur idman portalı «Sportune» Avropanın yaşıl meydanlarında ədaləti təmsil edən hakimlər haqda maraqlı araşdırma aparıb. Futbolinfo.az xəbər verir ki, «referi»lərin qazancları barədə statistika formalaşdırılıb.
Araşdırma zamanı məlum olub ki, onlar ən çox təzyiq görən, ən çox iş görənlər olsa da, futbolçular və məşqçilərdən qat-qat az maaş alırlar. Əksər hallarda uduzan komanda günahkar kimi ilk olaraq hakimlərdən yapışır. Gəlin baxaq, Avropanın «böyük beşlik» ölkələrində hakimlər nə qədər qazanır?
Avropanın 5 böyük çempionatından sadəcə İngiltərədə hakimlər peşəkar olaraq bu işi görür. Almaniya, Fransa, İtaliya və İspaniyada isə ədalət təmsilçiləri başqa işlərdə də çalışır. İngiltərədə hakimlərin maaşı 24000 avrodu. Onlar bundan başqa hər hansı bir mükafat almır. Fransada isə hakimlər 2800 avro maaş alır. Bundan başqa onlara hər matça görə 2500 avro qonorar verilir. Karyeralarını bitirəndə isə idarə etdikləri oyun sayına uyğun olaraq mükafat alırlar. Beynəlxalq oyunlar xaricində fransız hakimlərin illik qazancı 75000 avroya çatır. İtaliyada hakimlər ildə 150000, İspaniyada 200000 min avroyadək qazana bilirlər.