

Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
Prezidentin icra başçılarına verdiyi vaxt bu gün bitdi, işdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?
«Dövlət xidməti haqqında» qanundakı dəyişlkliklər qəbul olundu
PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə: «Danışmağa heç bir sözüm yoxdur»
İcra başçılarının xanım müavinləri yola salınır
PA islahatları NK və BŞİH-ə də keçəcək; prezident seçki ilində daha çevik komanda ilə işləmək və prosesi yubadanları uzaqlaşdırmaqla davam edəcək
Yusuf Məmmədəliyev: «İslahatlarla xarakterizə olunan mühüm mərhələ yaşayırıq»
Fatma Abdullazadənin müavini də vəzifədən azad edilib
Yusuf Məmmədəliyev Birinci vitse-prezidentin köməkçisi təyin edildi
Prezidentin köməkçisi Administrasiyadakı son struktur dəyişikliyini şərh etdi
Məhərrəm Əliyev yanaşı bir neçə də vəzifəsiz qaldı
Şahin Əliyev: «Qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz»
«Prezident Administrasiyasındakı adamımız sayəsində Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə Nazirliklərində kadrlarımızın yerləşdirilməsi arzu etdiyimiz istiqamətdə genişlənib». Bu sözlər ölkəmizdə fəaliyyət göstərən «Çağ» Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin Fətullah Gülənə göndərdiyi məktubda yer alıb.
Məktub «Axar.az»a etibarlı mənbələrdən daxil olub.
Məktubda Fətullah Gülənə müraciət edən Ənvər Özərən Prezident Administrasiyasındakı adamlarından kifayət qədər razı olduqlarını bildirib. O, məhz həmin şəxsin sayəsində ölkənin əsas dayaq məntəqələrinə kadrlarını yerləşdirməyi bacardıqlarını deyib. Ənvər Özərən həmçinin Azərbaycan Gənclər Təşkilatına (Məktubda belə bildirilir - red.) özlərinin xüsusi adamlarını yerləşdirdiklərini və bunların gələcəkdə ölkədəki rəhbər vəzifələrə gətiriləcəyini yazıb.
Daha sonra isə türkiyəli iş adamı Azərbaycan kəşfiyyatının təriqətin ətrafında öz agentlərini yerləşdirdiklərini və daima müşayiət altında olduqlarını qeyd edib. Təhlükənin ən mühüm amili kimi isə o, son zamanlar təriqətə məxsus iş adamlarının izlənməsini, həmçinin parlamentdəki nümayəndələrinin ciddi vəziyyətlə qarşı-qarşıya qalmasını göstərib. Həmin adamın kim olmasına gəlincə isə məktub müəllifi bunu qeyd etməkdən imtina edib.
Müəllif həmçinin hazırda təriqətin Azərbaycandakı nümayəndələrinə şəxsən xəbərdarlıq etdiyini vurğulayıb. Ən maraqlı məqam isə Ənvər Özərənin ölkə kəşfiyyatı içərisinə öz adamlarını sızdırmaq istəmələri haqqında olan etirafı olub: »Bir müddət öncə Azərbaycan milli kəşfiyyatının akademiyasına qəbul olmuş tələbəmiz müəyyən edilərək buradan qovulmuşdu».
Məktubda Ənvər Özərən Fətullah Güləndən Azərbaycana ABŞ-dan daha çox təzyiq edilməsi üçün hərəkətə keçməyi xahiş edib:
«Prezident Administrasiyasındakı dostumuzun dediyinə görə, hazırda Azərbaycan ABŞ-la münasibətlərini gücləndirmək üçün lobbi fəaliyyətlərini artırıb. Azərbaycan dövləti nəzdində lehimizə fəaliyyət göstərməyi üçün ABŞ-dakı dostlarımızın bunu nəzərə almağını istəyirik».
Ənvər Özərən sonda Fətullah Gülənin Prezident Administrasiyasındakı adını çəkmədiyi şəxslə bağlı xüsusilə ehtiyatlı olmaq haqqında tövsiyələrinin ona yetirildiyini bildirib.
Qeyd edək ki, son günlər ölkədə nurçuların dövlət qurumlarına öz adamlarını yerləşdirmələri haqqında informasiyalar mediada geniş yer alıb. Bəzi yüksək vəzifəli məmurlarla yanaşı, 24 millət vəkilinin də nurçulara xidmət etdiyi haqqında məlumatlar genişlənməkdədir.
Sənədin orijinalını təqdim edirik.