vaxtlı-vaxtında oxuyun! Bazar, 11 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
“Azərbaycan humanitar məsələlərə böyük önəm verir” 21:31 | 28 mart 2022 | Bazar ertəsi Məqaləyə 841 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərbaycan humanitar məsələlərə böyük önəm verir”

Vladimir Zelenski və İlham Əliyev telefonla danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün, martın 28-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Prezident Vladimir Zelenski Azərbaycan Prezidentini Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

“Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Telefon danışığı əsnasında Prezident Vladimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Xatırladaq ki, Azərbaycan Ukraynaya humanitar yardımların göndərilməsini davam etdirir. Humanitar yardımlar həm hökumət tərəfindən göndərilir, həm də ictimaiyyətin təşəbbüsü ilə toplanılır. Azərbaycan Ukraynada təcilli tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.