Dövlət müşavirindən debil davranış
Bu xalqın ağıllı adamları hara yoxa çıxıb?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Delyaginə cinayət işi açıldı
Baş prokurorluq Bakıya nüvə zərbəsi endirməyə çağıran rusiyalı deputat beynəlxalq axtarışa verdi
-
Qiyamət əvvəl beyinlərdə baş verir...
Ukraynaya salınan odun tüstüsü Rusiyadan çıxmağa başlayıb
-
Kreml, küçüyünü ayağına bağla...
Biz Afrikadakı banan ölkəsi deyilik, hədələrə cavab verməyin yolunu bilirik
-
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə taktiki nüvə zərbəsi endirməyi təklif edib. Bu sərsəm təklif Rusiyanın ideoloji ruporu olan “Rossiya 24”ün “60 minut” efirindən səslənir və studiyada nə aparıcı Skabayeva, nə də digər şəxslər heç bir etiraz bildirmirlər.
Bu provokator hələ ürəyi soyumayıb, öz “Twitter” səhifəsində “Bakıya nüvə zərbəsi endirək?” sualı ilə sorğu da keçirir.
Delyaqin isə küçədən keçən adam deyil.
Dumanın iqtisadi siyasət komitəsinin sədr müavinidir. Putinin fərmanı ilə Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü təyin edilib. 2-ci dərəcəli həqiqi dövlət müşaviridir. İqtisad elmləri doktorudur.
“Spravedlivaya Rossiya” (Ədalətli Rusiya) Partiyasının üzvü, partiyanın Dumada fraksiya rəhbəri Mironovun müşaviridir.
Bu ağılla 2002-2003-cü illərdə Rusiyanın Baş naziri Kasyanovun köməkçisi olub. 1997-98-ci illərdə Baş nazirin birinci müavini Boris Nemtsovun müşaviri postunu tutub.
Azərbaycan Milli Məclisi Dövlət Dumasına belə məsuliyyətsiz və təxribatçı hərəkətə görə, etirazını bildirməlidir.
Rusiyada deyəsən əksəriyyət ağlını itirib. Bəs bu xalqın ağıllı adamları hara yoxa çıxıb?