«İntervalı azaldacağıq»
Bakı metrosunun yeni rəisi danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
-
Yeniliklər dövrün tələbinə çevrilib
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
-
Növbəti stansiya qəbiristanlıq?!
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
-
Metroda qadağa
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
-
... «Xətai» stansiyası təmirə bağlanacaq
«Sahil» açılandan sonra ...
-
«İşçilərinin sayını azaltmağa məcburuq»
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
-
«Sahil» stansiyası sökülür?
Nəsimi Paşayev: «İddialar əsassızdır»
-
Metroda elanları kim səsləndirir?
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
-
«Qatarlar ləngiyib»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
-
Metro sərnişinlərinin diqqətinə!
«İnşaatçılar» stansiyasının 1-ci giriş-çıxışı sabahdan müvəqqəti olaraq bağlanacaq
-
Vaqonların təmir sexi müasir standartlar səviyyəsinə qaldırılıb
Nasaz qatarların azalmasının və təmirin keyfiyyətinin artırılmasının əsas səbəbləri haqqında
-
«Bakı Metropoliteni» xərclərini azaldır
Qurum metro yollarında istifadə olunan materialları özü istehsal edəcək (fotolar)
-
Deputatdan AZAL-a irad
«Metropolitendən öyrənsinlər... »
-
Interval 2 dəqiqə olacaq
Metropoliten qış rejiminə keçir
-
Tağı Əhmədovun daha bir kadrı ...
«Bakı Metropoliteni»ndə növbəti dəyişiklik
-
Metroda yenilik
Vaxt yeraltında tərsinə işləyəcək
Martın 6-da «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov «Media forum» saytının suallarını cavablandırıb.
«Bakı Metropoliteni» QSC fevralın 27-də prezident İlham Əliyevin sərəncamı əsasında, Bakı Metropoliteninin və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Bakı Metropolitenin və «Azərtunelmetrotikinti»nin bütün hüquq və öhdəlikləri, habelə əmlakı «Bakı Metropoliteni» QSC-yə keçib.
- Yeni sədr kimi metropolitenlə bağlı
planlarınız nədən ibarətdir?
- Hörmətli prezident İlham Əliyev məni
«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. Cənab
prezidentin digər sərəncamı ilə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti
yaradılıb. İnşallah, sərəncamında qeyd olunanların hamısını yerinə yetirəcəyik.
- Yeni qurumun strukturu necə olacaq?
- Bu məsələlər sərəncamda qeyd olunub,
təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim olunması üçün müəyyən vaxt
verilib. Biz də göstərilən müddətdə təkliflər hazırlayıb Nazirlər Kabinetinə
təqdim edəcəyik.
- Zaur müəllim, metro stansiyaları
keçidlərində olan ticarət köşkləri yığışdırılacaqmı?
- Metrodakı əsas məsələ bu deyil. Əsas
məsələ metronun təhlükəsiz və dayanaqlı işləməsini təmin etməkdir. Digər
məsələlərin hamısı həll olunacaq.
- Metroda qatarların hərəkəti arasındakı
intervalı azaltmaq mümkün olacaqmı?
- İntervalın azaldılması üçün metroda
kompleks şəkildə bir neçə məsələ həll olunmalıdır. Bununla bağlı böyük işlər
görülməlidir. Bu işləri planlaşdırırıq və inşallah, həyata keçirəcəyik.
İntervalı da azaldacağıq.
- Metroda gediş haqqına yenidən
baxılması gözlənirmi?
- Metroda gediş haqqını «Bakı Metropoliteni» tənzimləmir, qiymətləri biz müəyyənləşdirmirik. Qiymət siyasəti hökumət səviyyəsində həll olunan məsələdir. Qiymətləri istər indiki səviyyədə saxlamaq, istərsə də artırıb-azaltmaq bizim səlahiyyətimizə daxil deyil. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Nə zaman hansı qərara gəlinəcəksə, biz onu icra edəcəyik.