vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
18:26 | 7 mart 2014 | Cümə Məqaləyə 1547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranlı axund axır çərşənbəyə lənət oxudu

««Böyük şeytan»dan özünü qorumalı, ayıq olmalıdır»

Martın 7-də Tehranın cümə namazına rəhbərlik edən axund Məhəmmədəli Müvəhhidi Kirmani namaz xütbəsində nüvə danışıqlarına və axır çərşənbə mərasiminə toxunub.

«Media forum» saytının məlumatına görə, axund deyib ki, İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə nüvə danışıqları aparan nümayəndə heyəti «böyük şeytan»dan (Amerika nəzərdə tutulur – red.) özünü qorumalı, ayıq olmalıdır: «Allah eləsin ki, böyük şeytan danışıqlarda İran nümayəndə heyətinin başını aldada bilməsin. Siz amerikalıların mövqeyini görürsünüz. Bunlar 5+1 qrupunda veto hüququna malikdirlər. Onlar bir tərəfdən bizimlə müzakirələr aparır, digər tərəfdən bütün seçimlərin masa üzərində olduğunu bildirir. Bunlar belə ünsürlərdir. Allah İran nümayəndə heyətinə kömək etsin ki, bu ağır mərhələni geridə buraxa bilsinlər».

Müvəhhidi Kirmani çərşənbə axşamı mərasiminə qarşı çıxdığını bildirib: «Qarşıdan iyrənc axır çərşənbə gəlir. Valideynlər bu mərasimdə od yandıran, taraqqa partladan uşaqlarına nəsihət verməli, bunun ziyanlı tərəflərini onlara izah etməli və övladlarını bu ziyanlı işdən çəkindirməlidirlər».