vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
17:21 | 9 mart 2014 | Bazar Məqaləyə 1434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbi ekspertdən sensasion açıqlama

Ermənistan kəşfiyyatı zabitlərimizin mobil telefonlarını dinləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

  • “Ona insan deməzdim...”

    Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...

  • “İskəndər”in qənimi “LORA”

    İsraildən alınan, HHM qüüvələrini qorxulu röyası olan, hədəfi 10 saniyə ərzində 10 metr dəqiqliklə vuran operativ-taktiki kvaziballistik raketlərini raketdən müdafiə sistemləri tuta bilmir

  • “Polonez”lər gəldi

    Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi

  • Nazir Türkiyəyə gedir

    Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində MN-nin rəhbər heyəti, o cümlədən döyüş bölgələrində yerləşən birləşmə və hərbi hissə komandirləri ilə keçirdiyi mühüm müşavirənin tam təfsilatı Yerevanda dinlənilib.

Bu sensasion məlumatı hərbi ekspert Üzeyir Cəfərov öz «Facebook» səhifəsində yayıb.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qayda olaraq cəbhədəki müşavirənin ən xırda detallarından xəbər tutaraq Ermənistan prezidenti Serj Sərkisyana məruzə edir: «O da dərhal özünü «ağıllı və tədbirli» göstərmək üçün mətbuat vasitəsilə Azərbaycanı hədələyən bir bəyanat səsləndirir. Yəqin ki hamınızın bundan xəbəri var. Bizim generallarımız  mat qalıblar ki, onların qapalı yerdə danışdıqları sözlər ən xırda detallarına kimi Ermənistana görəsən necə məlum olub. Sonradan məlum olub ki, bütün müşavirə mobil telefon vasitəsilə düşmən tərəfdən yazılıb və deşifrə olunub».

Ü.Cəfərov qeyd edir ki, bundan sonra, «döyüş görmüş naziri» əmr verib ki, MN-də xidmət zamanı mobil telefon işlətmək qadağandır: «İndi MN sistemində çox «operativ» iş üslubu mövcuddur. Səhər xidmətə gələndə bütün şəxsi heyətdən mobil telefonlar məcburi yığılır. Amma, bir neçə nəfər bu telefondan istifadə etmək hüququnu özündə saxlayır. Onların kimliyini isə MN-də gözəl bilirlər».

Hərbi ekspert hesab edir ki, ən vacib qərarları və hərbi sirləri qorumaq üçün aşağı rütbəli zabit və gizirlərdən, o cümlədən əsgər və ya çavuşlardan telefonu yığmaq, yüksək rütbəli zabitlərə isə belə bir imtiyaz tanımaq effektsizdir.