Qazaxıstan özünü Rusiyaya borclu saymır
Moskva üzərinə Qərb sanksiyaları Tokayevi də “iki od arasında” qoyub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Daş qayaya rast gəldi
Rusiya Qazaxıstanın qabağından geri çəkildi
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Rusiyanın “Rossiya 24” dövlət telekanalına müsahibəsində deyib ki, Moskva üzərinə Qərb sanksiyaları onun ölkəsini də “iki od arasında” qoyub.
Tokayev bu fikri ifadə etmək üçün Yunan mifologiyasına müraciət edib və deyib ki, hazırkı vəziyyət “Skilla və Xaribda arasından keçmək” kimidir.
Qazaxıstan prezidenti əlavə edib ki, onun ölkəsi Rusiya ilə ona qarşı Qərb sanksiyalarını pozmadan əməkdaşlıq edir: “Bu çox mürəkkəb, incə bir işdir. Skilla və Xaribdanın arasından keçmək kimidir. Amma biz Rusiya hökuməti ilə işi, deyərdim ki, tezləşdirilmiş ritmdə davam etdirir, bu sanksiyaları pozmadan zəruri razılaşmalar əldə edirik”.
Bununla belə Tokayev deyib ki, Qazaxıstan özünün müttəfiqlik öhdəlyindən imtina etmir: “Bu, nəhayət perspektiv baxımından düzgün olmazdı. Çünki mən əminəm ki, Rusiya indiki çətinliklərin öhdəsindən gələcək. Rusiya böyük ölkə, böyük iqtisadiyyatdır və keçmişin təcrübəsi sübut edir ki, Rusiya məhz ekstremal şəraitlərdə daha yaxşı fəaliyyət göstərir”.
Lakin Qazaxıstan prezidenti əlavə edib ki, onun ölkəsi iqtisadi əməkdaşlıqla bağlı öhdəliklərinə sadiq qalsa da, riskə getmək niyyətində deyil: “Amma sanksiyalar sanksiyadır. Biz onları pozmamalıyıq. Üstəlik də bizə xəbərdarlıqlar gəlir ki, sanksiyaların pozulmasına görə Qərb tərəfindən bizim iqtisadiyyatımıza da “təkrar sanksiyalar” tətbiq edilə bilər”.
***
Qazaxıstan prezidenti bu müsahibəsində ötən yanvarda Almatıda iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin cəlb olunmasından da danışıb.
Onun sözlərinə görə, Rusiyada bəzi şəxslər bu situasiyanı təhrif edərək bildirirlər ki, guya Rusiya Qazaxıstanı “xilas edib” və indi də Qazaxıstan əbədi olaraq Rusiyanın ayağına düşüb ona xidmət etməlidir: “Hesab edirəm ki, bu, tamamilə yanlış, reallıqdan uzaq düşüncədir”.
Tokayev bildirib ki, yanvar hadisələri zamanı Qazaxıstana çox məhdud KTMT kontingenti gətirilmişdi və onlar Qazaxıstanda olduqları müddətdə bir dəfə də atəş açmalı olmayıblar.
KTMT Tokayevin dəvəti ilə yanvar ayında Qazaxıstana 2 min nəfərlik əsgəri qüvvə yeritmişdi.
Mayın 16-da KTMT liderlərinin Moskvada keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin bu hadisələr barəsində danışarkən demişdi ki, təşkilat Qazaxıstanda hakimiyyətin ekstremistlər tərəfindən qəsb olunmasının qarşısını alıb.
Putin əlavə etmişdi ki, guya ekstremist qüvvələr xaricdən idarə olunurdu.
KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ölkə daxilində və beynəlxalq aləmdə kəskin pislənmişdi.