vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
20:59 | 21 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1449 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

12 ölkə daşımaçılıqdan danışacaq

TRACECA nəqliyyat dəhlizi üzrə sərhəd-keçid məsələləri üzrə işçi qrupunun ilk iclası olacaq

Tapdıq FƏRHADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 29-da TRACECA layihəsi üzrə Sərhəd Keçid Məsələləri İşçi Qrupunun vebinar formatında ilk iclası keçiriliəcək. Bu barədə http://www.traceca-org.org saytı məlumat yayıb.

Məlumatda deyilir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Bolqarıstan, Moldova, Rumıniya, Gürcüstan, İran, Ermənistan və Tacikistan nümayəndə heyətləri iştirak edəcək.

Vebinarın təşkilatçısı Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Bakıda yerləşən daimi katibliyidir.

Bundan öncə, mayın 16-dan 24-dək Xəzər dənizi və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanlarına dair tədqiqat turu (“Road Sho”) keçirilib.

Rəsmi məlumata görə, Aktaudan (Qazaxıstan) başlayaraq Bakı (Azərbaycan), Tbilisi və Batumiyədək (Gürcüstan) davam edəcək tədqiqat turunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyədən nümayəndə heyətləri iştirak edib.

Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliynin (USAİD) Mərkəzi Asiya Ticarət fəaliyyətinin dəstəyi və Qazaxıstan Nəqliyyat İşçiləri İttifaqı “KazLogistics” ilə əməkdaşlıq çərçivəsində keçirilib.

Rəsmi məlumata görə, son zamanlar Mərkəzi Asiya hökumətləri Xəzər dənizi vasitəsilə yük daşınmasının artırılmasına böyük diqqət ayırıb, çünki treyderlər öz mallarını cari tranzit marşrutları ilə daşımaqda artan problemlərlə üzləşir.

“Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistanın gömrük və nəqliyyat siyasəti üzrə dövlət orqanlarından, habelə Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının üzvlərindən 40-dan çox nümayəndə Xəzər dənizinin Ələt limanına səfər edib. Nümayəndə heyətləri həmçinin Qazaxıstanın Kurık və Qara dənizdəki Batumi limanlarının qiymət siyasətini öyrənib, təhlillər aparıb və limanlarda istifadə olunan proseslərlə tanış olub, bununla da prosedurların daha da sadələşdirilib asanlaşdırılması üzrə sənədlər tərtib edib”, – məlumatda qeyd edilir.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi TRACECA xətti ilə yük daşımalarının həcminin artmasına təkan verib.

“Rusiya üzərindən il ərzində bir milyon konteynerdən çox yük daşınırdı. Bizim dəhlizimizdən tarixi göstərici üzrə maksimal hədd 50-60 min konteyner olub. Təbii ki, Rusiya üzərindən daşınan yüklərin 100 faizini fiziki olaraq hazırkı vəziyyətdə bizim dəhlizimizin emal etməsi çətindir. Amma istənilən dərəcədə ilin sonuna qədər proqnozlaşdırırıq ki, bizim dəhlizlə yük daşınmasında ən azı 3-5 dəfə artım ola bilər”, – o qeyd edib.

İyunun 9-da Azərbaycan Baş Naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib.

İclasda beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA – Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.