16:08 | 13 mart 2014 | Cümə axşamı
Məqaləyə 2685 dəfə baxılıb
Şriftin ölçüsü
Bolt futbola bağlanır
Dünyanın ən sürətli insanını milliyə çağırdılar
Dünyanın ən sürətli insanı Hüseyn Boltun futbola olan marağı bəllidi. Futbolinfo.az xəbər verir ki, yüngül atletika üzrə dünya rekordçusu olan idmançı peşəkar futbola başlaya bilər.
Belə ki, Yamayka millisinin baş məşqçisi Vinfrid Şefer məşhur sprinterə yığmada oynamaq üçün təklif göndərib. Şefer Boltu DÇ-2018-in qrup mərhələsinin matçlarında oynatmağı düşündüyünü deyib.
Açıqlamalarında futbola böyük marağı olduğunu söyləyən Boltun bu təklifi qəbul edəcəyi gözlənilir.