vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:25 | 24 iyun 2022 | Cümə Məqaləyə 891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya bütün dünyanı girov edib”

“Moskva aclıqdan şüurlu şəkildə silah kimi istifadə edir”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya Ukrayna limanları ilə taxılın çıxarılmasına mane olmaqla bütün dünyanı girov götürüb”. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirilən beynəlxalq ərzaq konfransında deyib.

Bu konfransda dünyada yaranmış ərzaq böhranı müzakirə edilib. Dünyanın bir çox ölkələri bu böhranın yaranmasına görə 4 aydır ki, Ukraynaya əsassız və səbəbsiz müdaxiləni davam etdirən Rusiyanı günahlandırırlar.

Xanım Berbokun sözlərinə görə “Moskva aclıqdan şüurlu şəkildə silah kimi istifadə edir”.

Nazir bildirib ki, hazırda dünyada əksəriyyəti ən yoxsul ölkələrdə olmaqla 300 milyon insan aclıq təhlükəsi qarşısındadır.

Lakin Berbok bunu da etiraf edib ki, dünya bazarında ərzağın qiyməti hələ Ukrayna müharibəsindən əvvəl qalxmağa başlamışdı.

Bununla belə, nazirin sözlərinə görə “Rusiya bu təhlükə dalğasını sunamiyə çevirir”.

Berbok xatırladıb ki, Rusiya Ukrayna portlarını blokadaya alıb, taxıl anbarlarını bombardman edir, üstəlik yaranmış vəziyyətdə başqa ölkələri günahlandırır, halbuki Rusiyadan taxılın çıxmasına sanksiyalar tətbiq olunmayıb.

Bu konfransda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken Berbokun dedikləri ilə razılaşıb.

O deyib ki, Ukrayna limanlarında 25 milyon ton taxılın ilişib qalmasına görə məsuliyyəti birbaşa Rusiya daşıyır.

***

Bu problem, habelə iyunun 24-də Böyük yeddilərin G7 qrupunun xarici işlər nazirlərinin iclasında müzakirə olunub.

Nazirlər Rusiyanı Ukraynanın infrastrukturuna hücumları dayandırmağa və taxılın limanlardan çıxarılmasına imkan verməyə çağırıblar.

Nazirlərin birgə bəyanatında taxılın alternativ yollarla daşınması istiqamətində Avropa İttifaqının səyləri təqdir edilir.

Berbok habelə Ukrayna taxılının çaylarla daşınmasının sürətləndirilməsinin mühümlüyündən danışıb.

BMT-nin baş katibi Antonio Quterriş Berlində etdiyi çıxışda dünyada ərzaqla bağlı yaranmış vəziyyəti “misilsiz” adlandırıb.

O deyib ki, artıq 2022-ci ildə bir sıra ölkələrdə aclıq başlana bilər və 2023-cü ildə vəziyyət daha ağır olacaq.

Baş katib deyib ki, BMT Ukraynadan ərzağın və Rusiyadan gübrənin ixracı məsələsini münaqişə tərəfləri ilə müzakirə edir.

***

Rusiya prezidenti Vladimir Putin dünyada yaranmış ərzaq böhranının Ukrayna müharibəsi ilə bağlı olmadığını deyir.

Moskva bildirir ki, o Ukrayna limanlarını minalardan təmizləməyə hazırdır, amma bunun üçün Rusiyaya qoyulmuş sanksiyaların qaldırılmasını istəyir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen məsələnin belə qoyuluşunu “Putinin şantajı” adlandırmışdı.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə “Telegram” kanalında xanım Berboku tənqid edib.

O yazır ki, “belə tənqidləri Leninqradı 900 gün blokadada saxlamış və 700 min nəfərin ölümünə səbəb olmuş ölkənin məmurundan eşitmək təəccüblüdür”.

Leninqradı 1941-1944-cü illərdə blokadada nasist Almaniyası saxlayıb, amma müasir Almaniya dövləti 1949-cu ildə qurulub.