vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
14:39 | 8 iyul 2022 | Cümə Məqaləyə 1194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qapanmalarda inflyasiya güclənəcək

İstehsal-logistika zəncirində qırılmalar olsa...

Eldəniz ƏMİROV

Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq.

Təbii bunu fürsətə çevirib qazananlar da olacaq, amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. 

Qapanma qərarının Avropada verildiyi halda neft-qaz qiymətlərini də salacaq, nəticə də ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə PUL lazım olacaq. 

Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə inflyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq. Buna görə də  təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların inflyasiyaya da təsir çox pis olacaq.

Bu il iqtisadiyyatın gül-çiçək açdığı 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ilidir.  Odur ki, “Qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır.