vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
14:32 | 15 iyul 2022 | Cümə Məqaləyə 1131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şahdənizdə yeni layihə

Platformanın enerji təchizatı sualtı kabellə əldə olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şahdəniz” tərəfdaşları “Şahdəniz Alfa” (ŞDA) platformasının enerji təchizatını sualtı kabel vasitəsilə “Şahdəniz Bravo” (ŞDB) platformasından əldə etməsinə imkan yaradacaq yeni layihənin müəyyənləşdirilmə mərhələsinə başlayır.

“bp-Azərbaycan” bildirir ki, bu layihə ŞDA platformasının əməliyyat  emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq, və platformanı dayanıqlı, uzunmüddətli və etibarlı enerji ilə təmin etməklə onun istismar səmərəliliyini artıracaq.

ŞDA platformasının elektrik enerjisi hazırda həm qaz, həm də dizel yanacaq mühərrikləri ilə işləyə bilən beş əsas elektrik generatoru vasitəsilə təchiz edilir. Yeni layihə 2024-cü ildə işə başlayandan sonra mövcud generatorlar istismardan çıxarılacaq.

Yeni layihə çərçivəsində “Şahdəniz” tərəfdaşları bu yaxınlarda SOCAR-KBR birgə müəssisəsi ilə ilkin texniki layihələndirmə (FEED), dövri texniki xidmət üzrə mühəndis işləri və təchizat üzrə dəstək xidmətləri üçün müqavilə bağlayıb.

5,7 milyon dollarlıq bu müqavilənin ümumi iş həcminə ŞDA platformasındakı mövcud əsas elektrik generatorlarının istismardan çıxarılması üçün FEED xidmətləri və sualtı kabel vasitəsilə ŞDB platformasından enerji təchizatı sisteminin yaradılması daxildir. Bu layihə yerli resurslardan istifadəni maksimuma çatdırmaq üçün SOCAR-KBR birgə müəssisəsinin Bakı ofisi tərəfindən icra olunacaq.

“Şahdəniz” üzrə iştirak payları belədir: bp (operator – 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19,00 faiz), SOCAR (14,35 faiz), NİKO (10,0 faiz), Cənub Qaz Dəhlizi (6,67 faiz).