“Rusiya tükənməkdə olan gücdür”
Britaniya ordusunun baş komandanı: “İşğalçılar öz qüvvələrinin 30 faizini itirib”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rusiya öz qüvvələrinin 30 faizini və ya 50 min əsgərini, az qala 1700 tankını Ukraynadakı döyüşlərdə itirib. Bunu BBC-yə müsahibəsində Britaniya ordusunun baş komandanı lord Toni Radakin deyib. Admiral Radakin əlavə edib ki, Vladimir Putin bütün zirehli döyüş maşınlarının 4 mininin məhv edilməsi ilə “Ukraynadakı müharibəni artıq uduzub”.
Hərbçinin sözlərinə görə Ukrayna öz ərazi bütövlüyünü tam bərpa edə biləcək, amma Putinə qarşı sui-qəsd ehtimalları xülyadan başqa heç nə deyil: “Əgər Donbasa diqqət yetirsək, görərəik ki, Rusiya 150 gün ərzində Ukrayna ərazisinin 10 faizindən azını zəbt edə bilib. Rusiya artıq ərazi zəbt edə bilmir və bu, Ukrayna silahlı qüvvələrinin mərdlik və qətiyyətinə görədir”.
Britaniya Müdafiə Qərargahının rəisi əlavə edib ki, Ukrayna ordusu öz qələbəsindən tamamilə əmindir.
***
Bununla belə admiral Radakin xəbərdarlıq edib ki, Rusiya çox sayda əsgər, tank və zirehli texnika itirməsinə baxmayaraq Britaniya üçün böyük təhlükə olaraq qalır.
O Putinin xəstə olduğuna və ona qarşı sui-qəsdlər hazırlandığına dair iddiaları rədd edib və deyib ki, Rusiyadakı rejim kifayət qədər stabildir:
“Prezident Putin bütün müxalifəti əzib. Biz bütün hakimiyyət ierarxiyasının onu dətəklədiyini görürük. Odur ki, hakimiyyətin yuxarı eşelonunda Putinə meydan oxumaq üçün heç kimin motivasiyası yoxdur”.
Admiral Radakin bildirib ki, Kreml müharibəyə başlayanada bütün Ukraynanı 30 günə ələ keçirəcəyinə inanırdı.
Hərbçinin sözlərinə görə buna baxmayaraq Rusiyanın ixtilaf salmaq və NATO-ya təzyiq göstərmək ambisiyaları var: “Bu, bütün dünya nizamına qarşı olan Rusiyadır. Rusiyanın bütün bu ambisiyaları puç olur. Rusiya fevralın əvvəllərində olduğundan indi daha çox tükənməkdə olan ölkıədir”.
***
Bununla belə Radakin xəbərdarlıq edib ki, Britaniyanın növbəti baş naziri Rusiyanın Britaniya üçün “çox böyük təhlükə” olduğunu nəzərə almalıdır:
“Onun quru qüvvələri müharibə zamanı zəifləyib və deqradasiya edib və biz görürük ki, onlar Ukraynada çırpınırlar. Amma Rusiya nüvə ölkəsi olaraq qalmaqda davam edir. Onun kiberəməliyyat, kosmik fəzada əməliyyat qabiliyyəti var. Onun xüsusi sualtı proqramları var. O okeanın dibi ilə gedən və bütün Yer kürəsi boyunca informasiya axınını təmin edən internet kabellərini hədələyə bilər”.
Admiral əlavə edib ki, Britaniya bir nüvə ölkəsi kimi öz məsuliyyətini dərk etməlidir.
Bundan bir neçə gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna üzərinə sarsıdıcı raket zərbələrinin artırılması əmrini verib.
O deyib ki, Rusiya qüvvələri Kiyevin Donbas regionundakı mülki infrastrukturu raketlərlə hədəfləməsinin qarşısını almalıdır.
Şoyqunun Ukraynanın şərq cəbhəsində olduğu xəbər verilirdi.
O Rusiya qüvvələrinə cəbhənin bütün istiqamətlərində hücumları intensivləşdirmək əmri verdiyini demişdi.