vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QARABAĞ  
11:48 | 24 avqust 2022 | Çərşənbə Məqaləyə 2591 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçılar da vandalizmdən şikayət edir

“Baş verənlərdə Ermənistandan gələn “feysbuk qəhrəmanları”nın rolu olub”

Elçin MİRZƏBƏYLİ

Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki separatçıların qondarma naziri Ayk Xanumyan Laçın şəhərində və rayonun Zabux kəndində yaşayan ermənilərin törətdiyi vandalizm aktlarından və oğurluqlarından yazıb. Xanumyanın yazdığına görə, Laçında və rayonun Zabux və Sus kəndlərində yaşayan ermənilər aşağıdakı əməlləri törədiblər:

– Avqustun ortalarında Zabuxa Laçındakı yarımstansiyadan verilən elektrik enerjisi dayandırıldı, Laçın şəhərinə və Zabuxa elektrik enerjisi Xankəndidən çəkilən elektrik xətti ilə verildi. Amma bir neçə gündən sonra törədilən yanğınlar elektrik dirəklərini və yeni çəkilmiş xəttləri sıradan çıxartdı.

– Laçında transformatorun yağını oğurladılar.

– Laçında törədilən yanğınlar Ermənistandan Xankəndinə gələn yüksək gərginlikli elektrik xətlərinə ciddi təhlükə yaratdı.

– Zabux ərazisində optik internet kabelləri oğurlandı və bu səbəbdən Xankəndi bir müddət internetsiz qaldı.

– Telefon qüllələri metal oğruları tərəfindən darmadağın edildi. Biz dəfələrlə çağrış etdik ki, evləri yandırmasınlar, uçurmasınlar, infrastrukturu dağıtmasınlar, amma nəticə olmadı”.

Ayk Xanumyanın yazdığına görə, baş verənlərdə Ermənistandan gələn “feysbuk qəhrəmanları”nın – “fərari fəallar”ın rolu olub və onların “dezinformasiya hücumları” bir sıra problemlərə zəmin yaradıb. 

...Göründüyü kimi, hətta separatçıların təmsilçisi də ermənilərin vəhşiliyini, vandallığını etiraf etmək məcburiyyətində qalıb.

Amma qənaətimə görə, bu etiraflardan daha çox Xanumyanın yazısında diqqət çəkən məqam Ermənistandan gələn təxribatçılarla bağlıdır. Anlaşılır ki, Ermənistandan gələnlər artıq Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə də ciddi təhdid yaradırlar. Deməli, bu təhdidin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirmək lazımdır.