
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Bu günlərədək Rusiya Federasiyasında miqrant kimi yaşayan, ən ağır iş şəraitində çörəkpulu qazanmağa çalışan və ən başlıcası, RF vətəndaşlığı almaq üçün külli miqdarda rüşvət verməyə razı olan azərbaycanlılar indi Rusiyadan qurtulmağa, qaçmağa çalışırlar.
Hamısı yox – amma belələri həddən ziyadədir.
Onlar Vladimir Putinin elan etdiyi səfərbərlikdən qurtulmağa can atırlar.
Rusiyanın hakimiyyəti baş verənləri “qismən səfərbərlik” adlandırır və “mərhələli olaraq 300 min vətəndaşın ordu sıralarına cəlb ediləcəyini” vurğulayır.
Ağ yalandır, çünki Ukraynadakı müharibəyə 1 milyon rusiyalının göndərilməsi nəzərdə tutulub.
Səfərbərlik də qismən yox, tamdır.
Səfəbərliyin ikinci həftəsində yaşananlar ilk baxışdan təəccüblüdür.
Daha doğrusu, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə qarşı Rusiyanın müxtəlif yerlərindəki etiraz aksiyaları.
Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk və s. kimi iri meqapolislərdə səfərbərliyə qarşı etiraz aksiyalarına maksimum 3-4 min nəfər çıxır.
Amma milli respublikalarda və vilayətlərdə isə qəzəb çox güclüdür.
Saxa-Yakutiya, Buryatiya, Başqırdıstan, Tatarıstan, Kabarda-Balkar, Osetiya...
Ukraynada müharibə başlayan gündən bəri ölkədəki “milli azlıqlar təmsil etdiyini” vurğulayan Çeçenistan prezident Ramzan Kadırovun təqribən 10 minlik silahlı klounlar dəstəsinin “Tik-Tok” videoları sosial şəbəkələri dolaşırdı.
Milli respublikalar susurdular sanki və belə şəraitdə “kadırovçular” Putinin “qüdrətli və müasir ordu”sunun sifətinə çevrilmişdilər.
Daha sonra buryatlar Ukraynadakı vəhşilikləri, soyqırımları törədənlərin simvollarına çevrildilər.
Amma səfərbərlik başlandı və hər şey dəyişdi.
Rusiyanın hakimiyyət dairələrinin aylardan bəri gizlətməyə çalışdığı gerçəklik yalan çərçivələrini sındıraraq üzə çıxdı.
Yakut, ləzgi, kumık, buryat, dargin, tatar, udmurt, başqırd, osetin özlərinə sual verdilər ki, axı nə üçün Kremlin “rus dünyası” idefiksinə görə ruslar yox, onlar vuruşmalıdır?
Axı Ukrayna özündən xeyli uzaqdakı Yakutiyaya, Tatarıstana, Dağıstana, Kabardaya, Buryatiyaya nə edib?
Bəlkə qoşun yeridib, işğal edib, raket atıb, top atəşinə tutub?
Xeyr.
Bu xalqlara əsrlərdən bəri divan tutun, etnik təmizləmələrə məruz qoyan, əzəli torpaqlarında yaşamış xalqları didərgin salaraq o torpaqlarda sahiblərin iz-tozlarını itirməyə çalışan ukraynalılar olmayıb...
Bəlkə Qafqazda dağlılara qarşı soyqırım tətbiq edərək Qafqazın qərbini müsəlmanlardan faktiki olaraq tam təmizləyən də ukraynalılar idi?
Rusiyadakı milli respublikalara başçılıq edən Kadırov kimi mankurtlar hələ də anlamırlar ki, xalq sürü deyil, insanları sürü kimi idarə etmək olmaz.
Xüsusilə də qafqazlıları: o insanları ki, Rusiya İmperiyasına əsrlər əvvəl misli görünməmiş müqavimət göstərmişdi.
İmam Şamilin ölümündən 200 il keçsə də, onun ruhunun hələ də sağ olduğunu görürük.
Qafqazlıların gözləri açılır – çox gec olsa da.
... Səfərbərliyə qarşı etiraz aksiyalarına, mitinq və yürüşlərə çıxanlar Ukraynaya “nasizmlə və faşizmlə mübarizə” adı ilə göndərilmək üçün çağırılanların anaları, bacıları, qızlarıdır.
Bəs yaxşı, əslində haradadır o nasizm, irqçilik, milli azlıqlara “untermenş” kimi baxılması?
Bəlkə sənin həyatının orta statistik “moskvalı” və “piterli”nin həyatından dəfələrlə dəyərsiz sayıldığı, dilinin, mədəniyyətinin, inancının ələ salındığı, adi günlərdə “çuşka”, “mədəniyyətsiz qafqazlı” adlandırıldığın, amma beynəlxalq turnirlərdə və ya çempionatlarda qızıl medal qazananda “rusiyalı” sayıldığın yerdə?
Bəlkə “qüdrətli və möhtəşəm rus aləmi” uğrunda müharibədə qurban verilmək üçün doğulmuş adi statistik vahid sayıldığın yerdə?..