vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
13:16 | 29 mart 2014 | Şənbə Məqaləyə 1482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lukaşenko gözlənilməz davranış

Belarus prezidenti Lavrovu «idiotizmdə» ittiham edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya XİN başçısı Sergey Lavrovun Ukraynanın federallaşması ilə bağlı təklifini «idiotizm» adlandırıb.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Sergey Lavrov Moskvanın Ukraynanı federallaşması fikrindən vaz keçməyəcəyini bir daha bəyan edib və bu niyyətinə Qərbin dəstəyinə nail olacağını bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenko isə Ukraynanın federallaşmasını tam əleyhinə çıxaraq bildirib ki, bu ideya başdan ayağadək idiotizmdir: «Buna yol vermək olmaz. Ukraynanı bölünməmiş vahid bir ölkə kimi qoruyub saxlamaq lazımdır. Bu baxımdan federallaşma ilə bağlı hər hansı referendumun keçrilməsinə də lüzum yoxdur».