vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
PARTİYALAR  
00:58 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1496 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Milli Şuradan gözləntilər özünü doğrultmadı»

Qurumun son sesiyasına 88 üzvdən 50-si qatılmadı

«Milli Şurada baş verən son hadisələr, Müsavat Partiyası və ayrı-ayrı şəxslərin qurumdan istefa verməsi Milli Şuranın taleyində müəyyən iz buraxdı və planlaşdırılan məsələlər təxirə düşdü».

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, AXCP sədrinin müavini Razi Nurullayev Milli Şuranın sessiyalarına qurum üzvlərinin əksəriyyətinin qatılmamasına münasibət bildirərkən deyib.

R.Nurullayevin sözlərinə görə, hazırda siyasətdə ciddi hadisələr baş vermədiyindən Milli Şuranın üzvləri sessiyada iştirakı o qədər də vacib hesab etmirlər.

O qeyd edib ki, 2013-cü il seçkilərində insanların Milli Şuradan gözləntisi də özünü doğrultmayıb, bu da qurumun taleyinə təsir göstərib: «Hazırda Milli Şuranın zəif olması haqqında iddia irəli sürmək düzgün deyil. Çünki indi cəmiyyətin özündə bir durğunluq var, ona görə də Milli Şura nə isə təşkil etmək haqqında düşünmür. Ey zamanda hazırda qurumun daha da gücləndirilməsi, möhkəmlənməsi prosesi gedir. Lakin təbii ki, Milli Şurada baş verən son hadisələr təsirsiz ötüşmədi. İnsanların 2013-cü il seçkilərində Milli Şuradan gözləntiləri özünü doğrultmadı».

Xatırladaq ki, Milli Şuranın son sessiyasına qurumun 88 üzvündən 38 nəfəri qatılıb.