vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ASİYA  
08:43 | 1 dekabr 2022 | Cümə axşamı Məqaləyə 677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Onlayn ticarət nəhəngi hədəfdə

Çinli milyarder Yaponiyada gizlənir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Onlayn ticarət nəhəngi “Alibaba.com” 1999-cu ildə Çinli milyarder Cek Ma (58) tərəfindən Çində təsis edilib. Çin hökumətini 2020-ci ildə texnologiya şirkətlərinə qarşı münasibətinə görə tənqid etdiyindən bəri ictimaiyyət arasında çox nadir görünən Cek Manın ailəsi ilə birlikdə Yaponiyanın paytaxtı Tokioya qaçdığı iddia edilib. Yaponiyanın Nikkei şirkətinə məxsus İngilis iqtisadiyyat qəzeti “The Financial Times” adının açıqlanmadığı mənbələrə əsaslanaraq 21,7 milyard dollar sərvəti olan iş adamının Yaponiyada yaşadığını iddia edib.

Çin rəhbərliyinin qorxusundan 6 aydır ailəsi ilə birlikdə Tokioda yaşayan Manın Yaponiyadakı spa və xizək mərkəzlərində vaxt keçirdiyi, ABŞ və İsrailə səyahət etdiyi bildirilir. Çində etdiyi tənqidlərdən sonra maneələrlə üzləşən biznesmenin sərvəti “Alibaba”nın hədəflənməsi nəticəsində 50 milyarddan 21,7 milyard dollara düşüb. Bundan əlavə, “Alibaba”nın rəqəmsal ödənişlər alt brendi “Ant Group”un 34 milyard dollarlıq “tarixdəki ən böyük təklif” Çin hökuməti tərəfindən dayandırılıb. Çin prezidenti Si Tsinpinqin Manın hökuməti tənqid etməsi səbəbindən “Ant Group”un birjaya keçməsinə mane olduğu da bildirilir. Ötən həftə Çin Xalq Bankının “Ant Group”u 1 milyard dollar cərimələməyə hazırlaşdığı məlum olub.