vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
Ukrayna Aİ-ni təkzib etdi 07:57 | 1 dekabr 2022 | Cümə axşamı Məqaləyə 717 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna Aİ-ni təkzib etdi

“Rəqəmləri açıqlaya bilmərik”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna mətbuatının məlumatına görə, Baş Qərargahın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Boqdan Senik, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyenin Rusiya-Ukrayna müharibəsində bu günə qədər 100 mindən çox ukraynalı hərbçinin öldürüldüyü təxmin edilən açıqlaması haqqında, “Biz bu rəqəmi təsdiqləmirik. Ukrayna ordusunun itkiləri ilə bağlı məlumatlar rəsmidir və onun gizli qalmalı olduğunu vurğulayırıq”, – deyib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabından Ukraynada Rusiyaya qarşı davam edən müharibə ilə bağlı videomüraciət yayımlayaraq, “indiyə qədər 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı əsgər öldürüldüyü təxmin edilir", – demişdi.