vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
22:40 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 724 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Volkov imana gəlib?

Yaxud “yaxşı polis, pis polis” siyasəti ...

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Andrey Volkov Azərbaycan toponimlərinin erməni adlarla göstərilməsinin günahını Rusiya MN-nin üzərinə yıxıb. O, deyib ki, sülhməramlılar Azərbaycan tərəfinin göndərdiyi adlardan istifadə edir. Hətta təəssüflə qeyd edir ki, Moskvadakılar bu adlara düzgün əməl etmir.

Andrey bununla bizi sadəlövh yerinə qoyaraq “biz yaxşıyıq, Rusiya MN pisdir” deyir. Təbii ki, sülhməramlıların komandanı tabe olduğu yuxarıdakıların əleyhinə getmir, sadəcə ona verilən təlimata uyğun olaraq günahı tabe olduqlarının üzərinə yıxır, ona tapşırılmış rolu icra edir.

Və bu, Rusiyanın hələ çar dövründən mövcud olan “yaxşı polis, pis polis” siyasətinin tərkib hissəsidir. 

Əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan adların doğru yazıldığı xəritəni Rusiya MN-ə göndərməli, buna əməl edilmədiyi müddətdə hər dəfə dərc etməli, o cümlədən, sovetdən qalma xəritələrin dəyişdirilməsi məsələsini diplomatik kanallarla da Moskvanın qarşısında qaldırmalıdır.    

Buna paralel olaraq, Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik. Çünki problemlərin həlli gücdən, diktədən keçir, bir az hərəkətə keçən kimi hətta Volkov da “imana gəldi”.