

Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Yeni tələblər irəli sürüldü
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
Xankəndi və ətrafında Rusiyanın bəslədiyi, qoruduğu qondarma rejimin açıqladığı bəzi rəqəmləri diqqətlə izləməyə çalışıram, yeri gəlmişkən, ölkədə hələ də Ermənistanı, Azərbaycanın erməni əsilli əhalisinin yaşadığı bölgələri öyrənən normal bir elmi-analitik mərkəz yoxdur. Açıqlanan rəqəmləri düzgün analiz etsək, bir çox məsələlər aydın olur.
Qondarma rejim məlumat yayıb ki, 2022-ci ilin ilk 6 ayında Xankəndi, Ağdərə və Xocavənddə 406 oğlan və 386 qız olmaqla 792 uşaq anadan olub – Xankəndində 697, Ağdərədə 66, Xocavənddə 29 doğuş olub. 2021-ci ilin eyni dövründə həmin bölgədə doğulan uşaq sayı 593 idi (270 oğlan, 323 qız).
Son bir ildə doğuş sayı ciddi artıb, deməli “rusməramlı qüvvələr” Ermənistandan bölgəyə köçürmə əməliyyatını sürətləndiriblər. Amma bu günə qədər Azərbaycan vətəndaşlarının, məsələn, Xocalıya qayıtması üçün heç nə etmirlər.
Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı – vətəndaşlıq tanımı, üst kimlikdir) Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını alan Rusiya və orada yerləşən “rusməramlı qüvvələrdir”.
Mən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların yaşadıqları yerdə qalmasını, rahat yaşamasını istəyirəm, bunun zəmanətini isə Azərbaycan Dövləti verə bilər, sadəcə üç həlli vacib məsələ var:
1. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli,
2. Azərbaycan demokratik hüquqi rifah dövlətinə çevrilməli,
3. “Rusməramlı qüvvələr” bölgəni tərk etməlidirlər – onlar qaldıqca bölgəyə sülh gəlməyəcək, erməni əsilli azərbaycanlılar isə Azərbaycana inteqrasiya olmayacaqlar...