vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
09:43 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1274 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiyanın yardımları narkotik kimidir»

«Avropa özünü sevdirmək, Rusiya isə digərlərinin ondan qorxmasını istəyir»

MÖVZU İLƏ ƏLAQƏLİ

02.04.14 - «Avropa özünü sevdirmək, Rusiya isə digərlərinin ondan qorxmasını istəyir»...

Avropa Parlamentinin Belarusla bağlı keçirdiyi dinləmələrdə belaruslu siyasətçi, Saxarov mükafatı laureatı Aleksandr Milenkeviç hadisələrə özünəməxsus tərzdə şərh verib.  

Milenkeviçin fikrincə, Belarus Rusiyadan enerji və maliyyə cəhətdən asılı vəziyyətdədir. Rusiyanın yardımları narkotik kimidir. Tərgitmək mümkün deyil.

Belarusun irəliləmək, içində olduğu dərin iqtisadi və siyasi problemlərdən qurtulmaq üçün Avropanın köməyinə ehtiyacı var. Bu ölkənin mövcudluğu belə Rusiya tərəfindən şübhə altına alınır. Belaruslular özləri gələcəklərini Avropa ilə görürlər. Keçirilən rəy sorğuları Avropapərəst belarusluların 50 faizə bərabər olduğunu üzə çıxarıb. Bununsa izahı sadədir, Avropa digərlərinin onu sevməsini istədiyi halda, Rusiya digərlərinin ondan qorxmasını istəyir.

Belarusun Krım böhranındakı mövqeyi heç də göründüyü kimi deyil. Bu, Rusiyanın təsiri altında verilmiş qərardır. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Belarusa səfər etdiyi zaman Aleksandr Lukaşenko onu «cənab prezident» adlandırıb. Bu isə Rusiyanın mövqeyinə tamamilə ziddir.

Qeyd edək ki, Saxarov mükafatı Avropa Parlamenti tərəfindən hər il verilən insan hüquqları mükafatıdır.